İlk dövrdəki müsəlmanlar arasında şura düşüncəsi var idimi?


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Bildiyiniz kimi əhli-sünnə və nasibilərdə xilafətin seçimlə, yəni şura ilə olduğu etiqadı mövcuddur. Bu onların etiqadıdır və bizə görə heç bir dəyəri yoxdur. Çünki, Qurani-Kərimdə və – Şiə-Sünni – hər iki məzhəbin rəvayət etdiyi mütəvatir hədislərdə xəlifənin Allah tərəfindən təyin olunduğu bəyan edilir. Lakin, biz bu araşdırmamızda sünni və nasibilərin öz mənbələrindən ilk müsəlmanlar arasında şura düşüncəsinin olmadığını sübut edəcəyik. Bu mövzuda bir neçə misal çəkəcəyik.

1.Əbu Bəkrin hakimiyyəti: Sünni və nasibilərin ilk xəlifə kimi tanıdıqları Əbu Bəkrin hakimiyyəti və ona edilən beyət o zaman müsəlmanlar arasında şura kimi bir fikirin olmadığı barədə açıq-aşkar dəlildir. Bildiyimiz kimi Peyğəmbərin (s) vəfatından sonra Əbu Bəkr, Ömər və Əbu Übeydə əl-Cərrahın da onların içərisində olduğu bir qrup Səqifədə öndərlik və səltənət davasına başlamışdılar. Lakin, burada səltənət üçün yığışan şəxslərdən heç biri şuradan söz açmamış, əksinə, Allahın “möminlər ancaq qardaşdırlar” (Hucurat 10) ayəsini sanki unudub, bir-birinə “Allah sənin bəlanı versin”, “Allah səni öldürsün” kimi ifadələrlə özlərini biabır etmişdilər. Əbu Bəkrin hökuməti necə ələ keçirdiyini Əhməd əl-Katibin “Raşidi xəlifə” kimi tanıdığı, hadisənin əsl qəhrəmanlarından biri olan “Ömər Xəttab belə deyir:

حدثنا عبد العزيز بن عبد الله: حدثني إبراهيم بن سعد، عن صالح، عن ابن شهاب، عن عبيد الله بن عبد الله بن عتبة بن مسعود، عن ابن عباس قال:
ثم إنه بلغني قائل منكم يقول: والله لو قد مات عمر بايعت فلاناً، فلا يغترَّنَّ امرؤ أن يقول: إنما كانت بيعة أبي بكر فلتة وتمَّت، ألا وإنها قد كانت كذلك، ولكن الله وقى شرَّها،
Mənə Əbdüləziz b. Abdullah rəvayət etdi, dedi: İbrahim b. Sədən mənə Salehdən, o ibni Şihabdan, o Ubeydullah b. Abdullah b. Utbə b. Məsuddan, o da ibn Abbasdan belə rəvayət etdi: Ömər dedi: Sonra bu da var ki, içinizdən bir sözçü çıxıb: “Vallahi Ömər ölsə, mən filankəsə beyət edərəm.” deyir. Qətiyyən heç kəs onun  “Əbu Bəkrə edilən beyət ancaq fitnədir, birdənbirə olub və tamamlanıb” deməklə aldanmasın! Həqiqətən belədir, lakin, Allah o işin şərrindən ümməti qorumuşdur.”

Buxari, “əs-Səhih”, Kitabul muhərabin, 16-cı bab, hədis 6442

Gördüyünüz kimi, Səqifə hadisəsi içərisində olan Ömər öz dili ilə bu gün kimsənin “Şura” ilə olduğunu dediyi Əbu Bəkrin hakimiyyətinin, ona edilən beyətin fitnə olub, heç bir istişarəyə söykənmədiyini, birdən-birə olduğunu deyir.

2.Ömər b. Xəttabın hakimiyyəti: Ömər b. Xəttab sünni və nasibilərin ikinci xəlifə kimi tanıdıqları şəxsdir. Lakin onun hökuməti də qətiyyən şura ilə olmamışdır. Əksinə, onun hakimiyyəti “istişarəsiz və birdən-birə” olmuş Əbu Bəkr hakimiyyəti kimidir. Əbu Bəkr ölüm yatağında olanda vəsiyyət yazdıraraq Öməri hakimiyyətə gətirmiş, heç kimsə ilə məsləhətləşməmişdi. Maraqlısı da budur ki, bir insan övladı çıxıb “bunu niyə şura qərar vermədi?” demədi. Əbu Bəkrin Öməri özündən sonra hakim elan etməsinə etiraz edən imam Əli (ə) və Təlhə b. Ubeydullah da belə bir şey deməmişdilər.

عبد الرزاق عن معمر عن الزهري عن القاسم بن محمد عن أسماء بنت عميس قالت: دخل رجل من المهاجرين على أبي بكر رحمه الله وهو شاك، فقال: استخلفت عمر وقد كان عتا علينا ولا سلطان له، فلو قد ملكنا لكان أعتى علينا وأعتى، فكيف تقول لله إذا لقيته؟ فقال أبو بكر: أجلسوني، فأجلسوه، فقال: هل تفرقني إلا بالله، فإني أقول إذا لقيته: استخلفت عليهم خير أهلك
Mamər mənə Zühridən, o Qasım b. Muhəmməddən, o da Əsma binti Ümeysdən rəvayət edib dedi: “Mühacirlərdən bir şəxs Əbu Bəkr xəstə ikən yanıma gəldi. Ona: “ Başımıza Öməri xəlifə təyin etdin. O sərt bir şəxsdir, özünə hakim ola bilməz. Əgər onu başımıza xəlifə gətirsən, sərtliyi daha da artar və özünə heç hakim ola bilməz. Allahla qarşılaşdıqda ona nə cavab verəcəksən?” dedi. Əbu Bəkr: “Məni oturdun!” dedi və : “Sən məni Allah ilə qorxudursan?” dedi. “Allahla qarşılaşanda ona belə deyərəm: “Ey Rəbbim! Onlara ən xeyirlilərini əmir təyin etdim!”

Əbdurrəzzaq, “Musənnəf”, 5/449-450, hədis 9764

Hədisi ibn Əbi Şeybə “Musənnəf” , 7/434, hədis 37056-da öz səhih sənədi ilə Haris b. Yeziddən; ibni Səd  “Təbaqat”, 3/274-da öz sənədi ilə Aişədən; Əhməd b. Hənbəl “Fədail əs-Səhab”, 1/337, hədis 485-də öz sənədi ilə Əsma biti Yeziddən; Təbəri “Tarix ət-Təbəri”, 2/355-də və “Təhzibul Əsər”, 3/356, hədis 1191-də öz sənədi ilə Əsma binti Umeysdən rəvayət etmişdir. Hədisi öz kitabında Əbdürrəzzaqdan nəql edən ibn Həcər hədis haqqında deyir:

رجاله ثقات
Ricalları siqətdən (etibarlılardan)dır.

İbni Həcər, “Mətalibul Əliyyə”, 11/173, hədis 3989

Hədisdə Əbu Bəkrə etiraz edən şəxsin – bu şəxs imam Əli (ə)-dır – açıq-aşkar dediyi və hədisin sonunda Əbu Bəkrin də etiraf etdiyi kimi Öməri Əbu Bəkr özü təyin etmişdir və orada şuradan söhbət belə gedə bilməz.

Yenə Ömər ölüm anında əvvəllər Əbu Bəkrin özünü təyin etdiyi kimi,  kimisə təyin etmək fikrinə düşmüş, və belə demişdi:

قال: أخبرنا عفان بن مسلم قال: أخبرنا حماد بن سلمة عن علي بن زيد بن جدعان عن أبي رافع أن عمر بن الخطاب كان مستندا إلى بن عباس وعنده بن عمر وسعيد بن زيد فقال: اعلموا أني لم أقل في الكلالة شيئا ولم أستخلف بعدي أحدا وأنه من أدرك وفاتي من سبي العرب فهو حر من مال الله. قال سعيد بن زيد بن عمرو: إنك لو أشرت برجل من المسلمين ائتمنك الناس، فقال عمر: قد رأيت من أصحابي حرصا سيئا وإني جاعل هذا الأمر إلى هؤلاء النفر الستة الذين مات رسول الله، صلى الله عليه وسلم، وهو عنهم راض. ثم قال: لو أدركني أحد رجلين فجعلت هذا الأمر إليه لوثقت به: سالم مولى أبي حذيفة وأبي عبيدة بن الجراح
Mənə Əffan b. Müslim xəbər verdi, dedi ki: Həmmad b. Sələmə mənə Əli b. Ziyaddan, o Əbu Rafedən belə xəbər verdi: Ömər yaralananda ona öz yerinə birini seçməsini təklif etdilər. Bundan sonra Ömər dedi: “Əbu Übeydə Cərrah həyatda olsaydı, yerimə onu seçərdim. Allah bunun səbəbini məndən soruşsa, cavabında “Peyğəmbərin, onun ümmətin əmini olduğunu deyirdi!” deyərdim əgər Əbu Hüzeyfənin azad etdiyi qulu Səlim həyatda olsaydı, şübhəsiz öz yerimə onu seçərdim. Allah bunun səbəbini soruşsaydı, “Peyğəmbərin, “Səlim Allahı o qədər sevir ki, Allahdan qorxmasaydı belə, yenə də ona itaətsizlik etməzdi” dediyini eşitdim” deyərdim.

İbni Səd, “Təbaqət əl-Kubra”, 3/343

Hədisi ibni Şübbə ən-Numeyri “Mədinə Tarixi”, 3/922-də öz sənədi ilə, Əhməd b. Hənbəl “Müsnəd”, 1/20, hadis 129-da öz zəif isnadı ilə rəvayət etmişdir.

Bu hədisdə də açıq-aşkar görürsünüz ki, hələ ortada şura deyə bir düşüncə yoxdur. Əksinə, Ömər kimisə tapıb, öz yerinə təyin etmək fikrindədir. Şura düşüncəsi yalnız bundan sonra Ömərin bidəti kimi meydana çıxmışdır.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma