Səhabə Haris b. Malik əl-Ənsarinin (r.a) Şiə nəzərində məqamı


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

İslam böyükləri, dinimizin yayılması, cəhalətin aradan qaldırılması üçün canını və malını ortaya qoymuş, Rəsulullahın (s.a.a) kömək üçün hər zaman Onun yanında iştirak etmiş səhabələr haqqında yazılarımıza davam edirik. İnşallah bu işimizdə səhabə Haris b. Malik haqqında məlumat verəcəyik.

1.Haqqında ümumi məlumat: Rical kitablarımızda bu şəxsin Rəsulullahın (s) və ya digər məsumların səhabələrindən olduğu qeyd olunmayıb. Lakin imamlarımızdan (ə) onun fəziləti haqqında rəvayət edilən hədis onun Rəsulullahın (s) səhabələrindən olduğunu və Onun (s) dövründə şəhid olduğunu göstərir.

2. İmamların (ə) onun haqqındakı sözləri: imamlarımızdan (ə) onun haqqında rəvayət edilən bir hədis vardır ki, bu hədis tək başına onun ucalığını göstərmək üçün kifayətdir. Bu hədisi Kuleyni (r.ə) “əl-Kafi” də belə rəvayət etmişdir:

محمد بن يحيى : عن أحمد بن محمد ، عن محمد بن سنان ، عن عبد الله بن مسكان ، عن أبي بصير ، عن أبي عبد الله عليه السلام قال : استقبل رسول الله صلى الله عليه وآله حارثة بن مالك بن النعمان الأنصاري فقال له : كيف أنت يا حارثة بن مالك ؟ فقال : يا رسول الله مؤمن حقا ، فقال له رسول الله صلى الله عليه وآله : لكل شئ حقيقة فما حقيقة قولك ؟ فقال : يا رسول الله عزفت نفسي عن الدنيا فأسهرت ليلي وأظمأت هواجري وكأني أنظر إلى عرش ربي وقد وضع للحساب وكأني أنظر إلى أهل الجنة يتزاورون في الجنة وكأني أسمع عواء أهل النار في النار ، فقال له رسول الله صلى الله عليه وآله : عبد نور الله قلبه ، أبصرت فأثبت ، فقال : يا رسول الله ادع الله لي أن يرزقني الشهادة معك ، فقال : اللهم ارزق حارثة الشهادة ، فلم يلبث إلا أياما حتى بعث رسول الله صلى الله عليه وآله سرية فبعثه فيها ، فقاتل فقتل تسعة أو ثمانية ثم قتل
Məhəmməd b. Yəhya mənə Əhməd b. Məhəmməddən, o Məhəmməd b. Sinandan, o Abdullah b. Musqandan, o Əbu Bəsirdən, o da Əbu Abdullah (imam Cəfər əs-Sadiq (ə) dan belə rəvayət etdi: Rəsulullah (s) Haris b. Malik b. Numan əl-Ənsari ilə qarşılaşdı, ona dedi: “Necə, ey Haris?” Dedi: “Ya Rəsulullah (s)! Həqiqətən möminəm. “Rəsulullah (s) dedi :” Hər şeyin bir həqiqəti vardır, sənin sözünün həqiqəti nədir? “Dedi :”Ya Rəsulullah (s)! Dünyadan sıxılıram, gecələri yuxusuz, isti gündüzləri susuz keçirirəm. Rəbbimin hesab üçün qurulmuş ərşinə baxırmış kimiyəm, sanki cəhənnəmliklərin atəşdə inləmələrini izləyirəm. “Rəsulullah (s) dedi :” Budur, Allahın ürəyini aydınlatdığı bir qul. Bəsirət sahibi olmusan, bu halında möhkəm ol “dedi :”Ya Rəsulullah (s)! Allaha dua et , səninlə birlikdə şəhid olmağı mənə nəsib etsin! “Rəsulullah (s) belə dua etdi:” Allahım! Harisə şəhidlik nəsib et. “Bir neçə gün keçməmişdi ki, Rəsulullah (s) bir dəstə göndərdi, onu da bu dəstə ilə birlikdə göndərdi. Yaman bir döyüş alovlandı, doqquz və ya səkkiz adam öldürdükdən sonra özü də öldürüldü.”

Kuleyni (r.ə), “əl-Kafi”, 2/54, İman və Küfr kitabı, bab 27, hədis 3

Bu hədisi Şeyx Səduq (r.ə) “Məanil Əxbar”, səhifə 187, hədis 5 də başqa bir sənədlə Hişam b. Səlimdən, o da İmam Sadiq (ə)-dan rəvayət etmişdir.

Kuleyninin (r.ə) sənədində zəif bir ravi var: Muhəmməd b. Sinan. Lakin, Şeyx Səduqun (r.ə) sənədindəki bütün ravilər siqə (etibarlı) və isnadı müttəsildir. Beləliklə, hədis səhihdir.  Əlhəmdilillah.

Hədisin mətninə gəldikdə isə, görəsən Rəsulullahın (s) möminliyinə və bəsirətinə şəhadət verdiyi, Onun duası ilə şəhid olan bir mücahiddən daha fəzilətli və daha üstün bri ola bilərmi? Allah bizə Haris (r.a) kimi şəhadət nəsib etsin. Amin.

3. Üləmanın onun haqqında sözləri: Alimlərimiz onu rical kitablarında qeyd etmədikləri kimi, onun haqqında hər hansı bir fikir söyləməmişdirlər.

4. Rəvayətlərin qeyd olunduğu bəzi mənbələr: Rəsulullah (s) zamanında, döyüşlərin birində şəhid olduğu üçün onun rəvayət etdiyi bir hədis yoxdur.

Vəlhəmdulillahi Rabbil Aləmin

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma