İmam Rza (ə.s) Muavvizəteyn (Fələq və Nas surələri)-nin Qurandan olmadığını söyləyibmi?


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Digər bloqumuzda nasibilərin öz mənbələrindən səhih hədisləri və məşhur alimlərinin sözləri ilə uca kitabımız Qurani Kərim haqqındakı inanclarını sizlərlə paylaşmışdıq. Bu paylaşımlarımızda nasibilərin səhabə Abdullah b. Məsud (r.ə.)-ə nisbət etdikləri “Muavvizəteyn (Fələq və Nas surələri) Qurandan deyildir.” Sözünü də nasibi mənbəli səhih hədislər və nasibi alimlərinin sözləri ilə isbatlamışdıq. Məhz bu vəziyyət qarşısında bir söz belə deyə bilməyən nasibilər  müsəlmanların/şiələrin bu mövzuda etirazlarının qarşısını almaq üçün müsəlmanlara/şiələrə güya öz mənbələrindən dəlillər gətirməkdədirlər. Bu sözdə dəlillərinə görə imam Əli ər-Rza (ə.s.) da eyni nasibi mənbələrində İbn Məsuddan rəvayət edildiyi kimi “muavvizəteyn Qurandan deyildir.” Deyirmiş. Nasibilərin ortaya atdığı bu şübhəyə room-alghadeer.net saytında “Talib 313” nicki ilə yazan qardaşımız daha əvvəldən cavab verdiyi üçün burada sadəcə onun cavabını tərcümə edib paylaşacağıq. Talib 313 qardaşın yazısının əsli bu linkdədir: http://www.room-alghadeer.net/vb/showpost.php?p=160848&postcount=2

Nasibilərin bu mövzuda ortaya atdıqları şübhə “Fiqh ər-Rza ə.s.” adlı kitabdandır, nasibilərin dəlil olaraq təqdim etdikləri mətn belədir:

وأن (المعوذتين) من الرقية، ليستا من القرآن دخلوها في القرآن و قيل: أن جبرئيل عليه السلام علمها رسول الله صلى الله عليه وآله
və muavvizəteyn Qurandan deyil rukyədir və bunun Rəsulullah (s)-ə Cəbrail (ə.s.) tərəfindən öyrədildiyi söylənmişdir.

“Fiqh ər-Rza”, səhifə 113

Şübhənin cavabı: Göründüyü kimi Fələq və Nas surələrinin Qurandan surələr deyil də dua olduğu məsələsi “Fiqh ər-Rza ə.s.” kitabına əsaslanmaqdadır. “Fiqh ər-Rza ə.s.” kitabı isə üzərində ixtilaf olan bir kitabdır. Kitabı kimin yazmış olduğu məchuldur.

Kitab ilk dəfə Şeyxul-İslam I Məclisi (r.ə.) dövründə, Qum şəhərində tapılmışdır. Onun kimə aid olduğunu göstərəcək bir tək dəlil yoxdur. Onun I Məclisi dövrünə qədər anılmamış olması, mütəqaddim alimlərimizin nu tanımaması, ondan söz etməməsi, kitabın müəllifinə aid heç bir sənədin olmaması kimi bir çox dəlil onun kimə aid olması məsələsini məchu vəziyyətə salmaqdadır. Şeyx Hürr əl-Amuli, Seyyid Xoyi və Seyyid Muhyiddin əl-Musəvi kimi alimlərimiz bu kitabın müəllifinin məchul olduğunu söyləmişdirlər.

Digər tərəfdən Muavvizəteynin Qurandan surələr olduğu mövzusu imamlarımız (ə.s.)-dan nəqlən sabit bir məsələdir ki, inşəAllah indi bu mövzudaki hədislərdən bir neçəsini paylaşacağıq.

Şəkildə gördüyünüz Şiə və Sünnilərin güvənilirliyi mövzusunda ittfaq etdikləri Siqatul-İslam (İslamın güvənci) Şeyx Kuleyni (r.ə.)-nin “əl-Kafi” kitabıdır, işarlədiyimiz yerdə bu ifadələr var:

muavvazateyn-kuleynimuavvazateyn-kuleyni1muavvazateyn-kuleyni3 muavvazateyn-kuleyni2

علي بن إبراهيم، عن أبيه، عن ابن أبي عمير، عن علي بن يقطين قال: سمعت أبا الحسن (عليه السلام) يقول: لا تنزل في القبر وعليك العمامة والقلنسوة ولا الحذاء ولا الطيلسان وحل إزرارك وبذلك سنة رسول الله (صلى الله عليه وآله) جرت وليتعوذ بالله من الشيطان الرجيم وليقرأ فاتحة الكتاب والمعوذتين وقل هو الله أحد وآية الكرسي وإن قدر أن يحسر عن خده ويلصقه بالارض فليفعل وليشهد وليذكر ما يعلم حتى ينتهي إلى صاحبه
Əli b. İbrahim mənə atasından, o ibni Əbu Umeyrdən, o da Əli b. Yəqtindən rəvayət etdi, dedi ki: “bu Həsən (imam Əli ər-Rza ə.s.)-ın belə dediyini eşitdim: “Üzərində imamə, külah olduğu halda məzara en, şal və ayaqqabıyla deyil və izarını həll et. Rəsulullah (s.)-in sünnəti bu şəkildə cərəyan etmişdir. Qovulmuş Şeytandan Allahu Təalaya sığın, Fatihəni və Muavvizəteyn və İxlas surələrini, Ayətul-Kürsini oxu. Alnını açıb da yerə yapşdırma vəziyyəti gerçəkləşərsə bu edilsin, şəhadət gətirilsin. Sahibində sonlandığı bilinincəyə qədər anılsın.”

Kuleyni (r.ə.), “əl-Kafi”, 3/109, Cənazələr kitabı, 62-ci bab, hədis 2 (4543)

محمد بن يحيى، عن محمد بن الحسين، عن ابن أبي نجران، عن صفوان الجمال قال : صلى بنا أبو عبد الله (عليه السلام) المغرب فقرأ بالمعوذتين في الركعتين
Məhəmməd b. Yəhya mənə Məhəmməd b. Hüseyndən, o İbni Əbu Nəcrandan, o Səfvan əl-Cəmmaldan rəvayət etdi, dedi ki: Əbu Abdullah (imam Cəfər əs-Sadiq ə.s.) ilə Məğrib namazını qıldım, ilk 2 rükətdə muavvizəteyni oxudu.

محمد بن يحيى، عن أحمد بن محمد، عن علي بن الحكم، عن سيف بن عميرة، عن داود بن فرقد، عن صابر مولى بسام قال: أمنا أبو عبدالله (عليه السلام) في صلاة المغرب فقرأ المعوذتين ثم قال: هما من القرآن
Məhəmməd b. Yəhya mənə Əhməd b. Məhəmməddən, o Əli b. Həkəmdən, o Seyf b. Umeyrədən, o Davud b. Fərkaddan, o da Basimin köləsi Sabirdən rəvayət etdi, dedi ki: Əbu Abdullah (imam Cəfər əs-Sadiq ə.s.) axşam namazında bizə imamlıq etdi. Muavvizəteyn surələrini oxudu, namaz bitdikdən sonra dedi ki: “Bu iki surə Qurandandır.”

Kuleyni (r.ə.), “əl-Kafi”, 3/176-178, Namaz kitabı, 21-ci bab, hədis 8 (5006) və 26 (5025)

Burada təqdim etdiyimiz hədislərin raviləri güvənilən və isnadları müttəsildir. Belə ki, Şeyxul-İslam II Məclisi də “əl-Kafi” şərhində hədislərin mötəbər olduğunu söyləmişdir: II Məclisi r.ə., “Miratul Uqul”, 14/8515/108

Əhli-Beyt imamlarından (ə.s.) bu mövzuda daha bir çox səhih hədis rəvayət edilmişdir. Belə ki, Əllamə Seyyid Təbatəbai (r.ə.) bu mövzuda deyir ki:

muavvazateyn-tabtabaimuavvazateyn-tabtabai1

Şəkildə gördüyünüz Əllamə Seyyid Təbatəbai (r.ə.)-in “əl-Mizan” təfsiridir. İşarələdiyimiz yerdə bu ifadələr var:

وتواترت النصوص من ائمه اهل البيت عليهم السلام على انهما سورتان من القران
Onların (Fələq və Nas surələrinin) Qurandan olması mövzusu Əhli Beyt imamlarından (ə.s.) təvatürən sabitdir.

Əllamə Seyyid Təbatəbai r.ə., “əl-Mizan fi Təfsiril-Quran”, 12/124

Vəlhəmdülillahi Rabbil aləmin

Materialdan istifadə zamanı istinad zəruridir.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma