Hz. Əbu Talibin (ə) imanı


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Bildiyiniz kimi Hz. Əbu-Talib (ə) İslamın çətin vaxtlarında Peyğəmbərin (s) köməkçisi olmuş, onu kafirlərdən qorumuşdur.  O dünyasını dəyişəndən sonra müsəlmanların vəziyyəti daha da çətinləşdi. Yəni, Əbu Talibin (ə) Peyğəmbərə (s) köməyi bu qədər əhəmiyyətli idi. Buna baxmayaraq bəzi müsəlmanlar və nasibilər Əbu Talibin (ə) müsəlmanlığına tərəddüd edir və “Əbu Talib müsəlmandırmı?” deyə sual verir (buna cürət edir).  Amma bunun müqabilində nasibilər Əbu Süfyan, Müaviyə və bunlar kimi münafiqləri səhabə adlandırırlar. İnşallah bu mövzuda həm şiə, həm də sünni mənbələrindən səhih hədislərlə Əbu Talibin (ə) müsəlman olduğunu sübut edəcəyik. Oxumağa davam et

“Əli haqq ilədir” hədisi şiə və sünni mənbələrində


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Müsəlmanlar arasında məhşur olan hədislərdən biri, demək olar ki, hər kəs tərəfindən tanınan Peyğəmbərin (s) “Əli haqq ilə, haqq da Əli ilədir” hədisidir. İnşallah, bu mövzuda araşdırma aparacaq, hədisin qeyd edildiyi Şiə və Sünni mənbələrini, hədisi nəql edən imam və səhabələri, hədisin səhhətini sizə təqdim edəcəyik.

Şiə mühəddislərindən Kuleyni və Səduq bu hədisi öz kitablarında rəvayət ediblər. Kuleyninin hədisi İmam Cəfəri Sadiqdən (ə), Səduqun hədisi isə İmam Əlidən (ə) rəvayət edilib.  Oxumağa davam et

İlk dövrdəki müsəlmanlar arasında şura düşüncəsi var idimi?


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Bildiyiniz kimi əhli-sünnə və nasibilərdə xilafətin seçimlə, yəni şura ilə olduğu etiqadı mövcuddur. Bu onların etiqadıdır və bizə görə heç bir dəyəri yoxdur. Çünki, Qurani-Kərimdə və – Şiə-Sünni – hər iki məzhəbin rəvayət etdiyi mütəvatir hədislərdə xəlifənin Allah tərəfindən təyin olunduğu bəyan edilir. Lakin, biz bu araşdırmamızda sünni və nasibilərin öz mənbələrindən ilk müsəlmanlar arasında şura düşüncəsinin olmadığını sübut edəcəyik. Bu mövzuda bir neçə misal çəkəcəyik.

1.Əbu Bəkrin hakimiyyəti: Sünni və nasibilərin ilk xəlifə kimi tanıdıqları Əbu Bəkrin hakimiyyəti və ona edilən beyət o zaman müsəlmanlar arasında şura kimi bir fikirin olmadığı barədə açıq-aşkar dəlildir. Bildiyimiz kimi Peyğəmbərin (s) vəfatından sonra Əbu Bəkr, Ömər və Əbu Übeydə əl-Cərrahın da onların içərisində olduğu bir qrup Səqifədə öndərlik və səltənət davasına başlamışdılar. Lakin, burada səltənət üçün yığışan şəxslərdən heç biri şuradan söz açmamış, əksinə, Allahın “möminlər ancaq qardaşdırlar” (Hucurat 10) ayəsini sanki unudub, bir-birinə “Allah sənin bəlanı versin”, “Allah səni öldürsün” kimi ifadələrlə özlərini biabır etmişdilər. Əbu Bəkrin hökuməti necə ələ keçirdiyini Əhməd əl-Katibin “Raşidi xəlifə” kimi tanıdığı, hadisənin əsl qəhrəmanlarından biri olan “Ömər Xəttab belə deyir: Oxumağa davam et

Nəbinin (s) namazda səhv etdiyi şübhəsinə cavab


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Son vaxtlar nasibilərin meydana çıxartdıqları şübhələrdən biri də Rəsulullahın (s) namazda səhv etməsi mövzusudur. Bildiyimiz kimi nasibilərin mənbələrində Əbu Hüreyrədən rəvayət edilən hədisə görə Rəsulullah (s) günorta namazını 4 rükət əvəzinə səhvən  2 rükət qılmış, bundan başqa özünə “namazı 2 rükət qıldın” deyə məlumat verilməsindən sonra Rəsulullah (s) namazı tamamlamış və səcdeyi-səhv etmişdir. Bax nasibilər öz mənbələrində qeyd olunan bu rəvayətləri şiə mənbələrdə göstərməyə çalışır və şiə mənbələrdə rəvayət edilən öz mənbələrində qeyd olunan Əbu Hureyrə rəvayətinə oxşar bəzi rəvayətləri təqdim edirlər. Digər tərəfdən bəzi qardaşlarımız da şiə mənbəli bu hədislərə rast gəldiklərində çaşırlar. Ona görə bu şübhəyə cavab olaraq bir iş görmək qərarına gəldik. Lakin alkafi.net saytına baxdıqda Cabirul Muhəmmədi nikli qardaşımızın bu mövzuda bir araşdırma apardığını gördüm. Ona görə bu araşdırmanın ancaq özümə görə əhəmiyyətli olduğunu düşündüyüm qismini tərcümə edib, sizinlə paylaşmağa qərar verdim. Oxumağa davam et

Səhabə Haris b. Malik əl-Ənsarinin (r.a) Şiə nəzərində məqamı


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

İslam böyükləri, dinimizin yayılması, cəhalətin aradan qaldırılması üçün canını və malını ortaya qoymuş, Rəsulullahın (s.a.a) kömək üçün hər zaman Onun yanında iştirak etmiş səhabələr haqqında yazılarımıza davam edirik. İnşallah bu işimizdə səhabə Haris b. Malik haqqında məlumat verəcəyik.

1.Haqqında ümumi məlumat: Rical kitablarımızda bu şəxsin Rəsulullahın (s) və ya digər məsumların səhabələrindən olduğu qeyd olunmayıb. Lakin imamlarımızdan (ə) onun fəziləti haqqında rəvayət edilən hədis onun Rəsulullahın (s) səhabələrindən olduğunu və Onun (s) dövründə şəhid olduğunu göstərir.

2. İmamların (ə) onun haqqındakı sözləri: imamlarımızdan (ə) onun haqqında rəvayət edilən bir hədis vardır ki, bu hədis tək başına onun ucalığını göstərmək üçün kifayətdir. Bu hədisi Kuleyni (r.ə) “əl-Kafi” də belə rəvayət etmişdir: Oxumağa davam et

Səqaleyn hədisi şiə mənbələrində


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Bilindiyi kimi Səqaleyn hədisi bütün müsəlmanlar arasında məşhur və mütəvatir olan bir hədisdir. Ötən yazılarımızda bu hədisi sünni mənbələrindən sənədli bir şəkildə təqdim etmiş və sünni mühəddislərin hədisin səhihliyi haqqındakı bəyanlarını paylaşmışdıq. İnşəAllah bu yazımızda isə hədisi İslami/Şiə mənbələrdən təqdim edəcək, İslami/Şiə mənbələrdə hədisi rəvayət edən səhabə (r.ə.) və imalardan (ə.s.) bəzilərini sizlərlə paylaşacağıq.

1.Səhabələrdən (r.ə.) rəvayət edilən hədislər: Hədis İslami/Şiə mənbələrdə İbni Abbas, Xüzeyfə b. Əsid, Əbu Tufeyl və Ümmü Sələmə kimi səhabələrdən (r.ə.) müxtəlif sənədlərlə rəvayət edilmişdir. Burada onlardan bir neçəsini sizlərlə paylaşacağıq.

1- 1 .İbni Abbas (r.ə.) hədisi: Hədisi 4 məsumun: Hz. Rza, Hz. Təqi, Hz. Nəqi və Hz. Əskəri (ə.s.)-ın səhabələrindən Fəzl b. Şazan “Qeybət” kitabında rəvayət etmiş, Şeyx Nuri Təbərsi (r.ə.) isə “Müstədrək əl-Vəsail” kitabında ondan nəqlən rəvayət etmişdir.

Oxumağa davam et

İmam Rza (ə.s) Muavvizəteyn (Fələq və Nas surələri)-nin Qurandan olmadığını söyləyibmi?


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Digər bloqumuzda nasibilərin öz mənbələrindən səhih hədisləri və məşhur alimlərinin sözləri ilə uca kitabımız Qurani Kərim haqqındakı inanclarını sizlərlə paylaşmışdıq. Bu paylaşımlarımızda nasibilərin səhabə Abdullah b. Məsud (r.ə.)-ə nisbət etdikləri “Muavvizəteyn (Fələq və Nas surələri) Qurandan deyildir.” Sözünü də nasibi mənbəli səhih hədislər və nasibi alimlərinin sözləri ilə isbatlamışdıq. Məhz bu vəziyyət qarşısında bir söz belə deyə bilməyən nasibilər  müsəlmanların/şiələrin bu mövzuda etirazlarının qarşısını almaq üçün müsəlmanlara/şiələrə güya öz mənbələrindən dəlillər gətirməkdədirlər. Bu sözdə dəlillərinə görə imam Əli ər-Rza (ə.s.) da eyni nasibi mənbələrində İbn Məsuddan rəvayət edildiyi kimi “muavvizəteyn Qurandan deyildir.” Deyirmiş. Nasibilərin ortaya atdığı bu şübhəyə room-alghadeer.net saytında “Talib 313” nicki ilə yazan qardaşımız daha əvvəldən cavab verdiyi üçün burada sadəcə onun cavabını tərcümə edib paylaşacağıq. Talib 313 qardaşın yazısının əsli bu linkdədir: http://www.room-alghadeer.net/vb/showpost.php?p=160848&postcount=2

Oxumağa davam et