İbni Şihab əz-Zühri kimdir ? Əhli-Beyti (ə) sevən birisi, yoxsa nasibi ?


 BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

İbni Şihab əz-Zühri əhli-sünnənin nəzərində etibarlı bir ravi və tabein alimlərin başçılarından sayılır. İbn Teymiyyə və Zəhəbi kimi bəzi nasibilər onun hətta İmam Səccad (ə) və İmam Baqir (ə)-dan daha elmli olduğunu deyirlər. Əslində bu şəxs əsl Əhli-Beyt (ə) düşməni və əməvi sarayının nökərlərindəndir. Əməvi krallarının sarayında yaşamış, onlar üçün yalançı bir “din” uydurmuşdur. Nasibi aləmində Əməvi padşahlarından Ömər b. Əbdüləzizin əmri ilə ilk dəfə hədis yazmağa başlayan şəxs kimi tanınır. Yəni onların dininə mənsub olan şəxslər içərisində hədisləri toplamağavə yazmağa başlayan ilk şəxs əz-Zühridir. Məhz nasibilər Bu Əməvi nökərinin Əhli Beyt (ə) aşiqi olduğunu iddia edirlər. Bu iddialarına isə Seyid Xoinin (r.ə) sözlərini dəlil gətirməyə çalışırlar. Seyyid Xoi (r.ə) rical kitabında əz-Zühri haqqındakı bir rəvayəti qeyd etdikdən sonra deyir:

أقول: الزهري وإن كان من علماء العامة، إلا أنه يظهر من هذه الرواية وغيرها، أنه كان يحب علي بن الحسين عليه السلام ويعظمه
Mən (Seyid Xoi) deyirəm ki: əz-Zühri sünni alimlərindəndir. Lakin bu və digər rəvayətlərdən göründüyü kimi o Əli b. Hüseyni (İmam Səccad (ə)) sevərdi.

Seyyid Əbul Qasim əl-Xoi (r.ə), “Mucəm ricalil hədis”, 17/191, 10987-ci ravi

Seyyid Xoi bu sözlərini ibni Şəhraşubun “Mənaqibi Al-i Əbu Talib”, 4/159 qeyd etdiyi rəvayətə əsaslanaraq söyləyir ki, bu rəvayətin sənədi yoxdur. Yəni mürsəldir. Sənədi belə olmayan hədisə söykənmək səhvdir. Əz-Zühri haqqında doğru olan onun nasibi olduğudur. Necə ki Şeyx Tusi (r.ə) “Rical” kitabının imam Səccadın (ə) səhabələri hissəsində deyir ki:

محمد بن شهاب الزهري، عدو
Muhəmməd b. Şihab əz-Zühri, (İmam Səccad (ə)ın) düşməni.

Şeyx Tusi (r.ə), “Rical”, səh. 119, 1218-ci ravi

Əz-Zührinin Əməvi nökəri və Əhli Beyt (ə) düşməni olduğunu şəxsən nasibilərin öz cərh və tədil ustadı olan Yəhya b. Main də təsdiqləyib. Yəhya b. Main onun haqqında deyib:

وقال يحيى
الزهري يرى العرض والإجازة وكان يعمل لبني أمية
Yəhya b. Main dedi ki: “əz-Zühri bəni-Üməyyəyə xidmət edirdi.”

Hakim, “Mərifəti ulumil hədis”, səh. 54

“Bəni Üməyyə”yə xidmət edən bir şəxs Əhli-Beyti (ə) sevir? Bu gülünc bir ifadədir. Bəs, 70 il minbərdə Əliyə (ə) lənət oxutduran, Həsən və Hüseyni (əleyhimus-salam) şəhid edən, Hücr ibn Ədi, Meysəm Təmmar, Həbib ibn Məzahir kimi səhabələri Əhli-Beyti (ə) sevdikləri üçün şəhid edən şəxslər kimlər idi? Bəli, onlar bəni-Üməyyə və onların nökərləri idi.

Materialdan istifadə zamanı istinad zəruridir.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma