İmam Sadiq (ə.s): Hz. Fatimə (s.ə) Ömərin əmri ilə Qunfuzun vurması nəticəsində şəhid olmuşdur.


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Hörmətli qardaş və bacılar, bu yazımızda inşəAllah Rəsulullah s.ə.ə. ’in vəfatı sonrasında hökuməti ələ keçirən terrorist qrupların Hz. Fatimə s.ə.’in evinə etdikləri hücum haqqında bütün məlumatları verən bir hədisi sizlərlə paylaşacağıq ki, bu hədis imam Cəfər əs-Sadiq ə.s.’dan rəvayət edilmişdir. Məqalə alkafi.net saytında Həsən əl-Ələvi nicki ilə yazan qardaşımıza aiddir. Biz məqaləni tərcümə edib sizlərlə paylaşacağıq. Həsən əl-Ələvi qardaşımızın məqaləsinin əsli bu linkdədir: http://www.alkafi.net/vb/showthread.php?t=75

a1 a2 a3

Şəkildə gördüyünüz Şeyx Təbəri r.ə.’in “Dəlailul Əimmə” adlı kitabıdır, işarələdiyim yerdə bu ifadələr var:

حدثني أبو الحسين محمد بن هارون بن موسى التلعكبري، قال: حدثني أبي، قال: حدثني أبو علي محمد بن همام بن سهيل (رضي الله عنه)، قال: روى أحمد ابن محمد بن البرقي، عن أحمد بن محمد الأشعري القمي، عن عبد الرحمن بن أبي نجران، عن عبد الله بن سنان، عن ابن مسكان، عن أبي بصير، عن أبي عبد الله جعفر بن محمد (عليه السلام)، قال: ولدت فاطمة (عليها السلام) في جمادى الآخرة، يوم العشرين منه، سنة خمس وأربعين من مولد النبي (صلى الله عليه وآله). وأقامت بمكة ثمان سنين، وبالمدينة عشر سنين، وبعد وفاة أبيها خمسة وسبعين يوما. وقبضت في جمادي الآخرة يوم الثلاثاء لثلاث خلون منه، سنة إحدى عشرة من الهجرة. وكان سبب وفاتها أن قنفذا مولى عمر لكزها بنعل السيف بأمره، فأسقطت محسنا ومرضت من ذلك مرضا شديدا، ولم تدع أحدا ممن آذاها يدخل عليها. وكان الرجلان من أصحاب النبي (صلى الله عليه وآله) سألا أمير المؤمنين أن يشفع لهما إليها، فسألها أمير المؤمنين (عليه السلام) فأجابت، فلما دخلا عليها قالا لها: كيف أنت يا بنت رسول الله؟ قالت: بخير بحمد الله. ثم قالت لهما: ما سمعتما النبي (صلى الله عليه وآله) يقول: ” فاطمة بضعة مني، فمن آذاها فقد آذاني، ومن آذاني فقد آذى الله “؟ قالا: بلى. قالت: فوالله، لقد آذيتماني. قال: فخرجا من عندها وهي ساخطة عليهما
Mənə Əbul Hüseyn Məhəmməd b. Harun b. Musa ət-Təlakburi rəvayət etdi, dedi ki: Mənə atam rəvayət etdi, dedi ki: mənə Əbu Əli Məhəmməd b. Hümmam b. Süheyl r.ə. rəvayət etdi, dedi ki: Əhməd b. Məhəmməd b. Bərqi Əhməd b. Məhəmməd əl-Əşari əl-Qummi’dən, o Əbdürrəhman b. Əbu Nəcran’dan, o Abdullah b. Sinan’dan, o ibni Musqan’dan, o Əbu Bəsir’dən, o da Əbu Abdullah Cəfər b. Məhəmməd (imam Sadiq ə.s.) ’dan rəvayət etdi, dedi ki: “Hz. Fatimə s.ə. besətin beşinci ilinin Cəmadiyul-Axır ayının iyirmisində dünyaya gəldi. Mübarək ömrünün ilk səkkiz ilini Məkkə’də on ilini isə Mədinə’də keçirmişdir. Atasının vəfatından 75 gün sonra hicrətinin 11-ci ilinin Cəmadiyul-Axir ayının üçündə vəfat etmişdir.Vəfat səbəbi Ömər’in əmri ilə Qunfuz’un qılıncının dəstəyilə (tutacağı ilə) yumruqlayaraq vurmasıdır. Bu zərbədən sonra Hz. Fatimə s.ə. Muhsin’(ə hamiləykən onu)  saldı, çox şiddətli bir xəstəliyə düçar oldu. Özünə əziyyət edənlərdən heç bir kimsənin hüzuruna girməsinə icazə vermədi. 2 adam (Əbu Bəkir və Ömər) Möminlərin Əmiri (imam Əli ə.s.) ’dən özləri üçün (Hz. Fatimə s.ə.’ın) şəfaət etmələrini istədilər. Möminlərin Əmiri (imam Əli ə.s.) isəyi söyləyəndən sonar Hz. Fatimə s.ə. müsbət cavab verdi. O iki adam Hz. Fatimə s.ə.’ın hüzuruna daxil olan zaman belə dedilər: “Ey Rəsulullah s.ə.ə.’in qızı! Necəsən ?” Hz. Fatimə s.ə. dedi ki: “Allah-u Təala’ya həmd olsun. Sizlər Nəbi s.ə.ə.’in “Fatimə məndən bir parçadır, ona əziyyət edən heç şübhəsiz mənə əziyyət etmiş olar. Mənə əziyyət edən isə Allah-u Təala’ya əziyyət edər.” buyurduğunu eşitmədinizmi?” dedilər ki: “Bəli eşitdik.” Hz. Fatimə s.ə. dedi ki: “Allah’a and olsun ki, ikiniz də mənə əziyyət etdiniz”. Hz. Fatimə s.ə. onlara qarşı əsəbi ikən, o ikisi hüzurundan çıxdılar.”

Şeyx Təbəri r.ə, “Dəlailul-Əimmə”, səhifə 45-46, Hz. Fatimə s.ə’ın vəfat və dəfni haqqındakı xəbərlər babı

Bu hədisin sənədində olan bütün ravilər güvənilən və fəzilət sahibi insanlardır, hədisin sənədi də etibarlıdır. İnşəAllah indi hədisin səhihliyini təsdiqləyən mühəddislərdən bəzilərini təqdim edəcəyik.

1. Şeyx Abbas Qumi: Mövzu haqqında yazdığı “Beytul Əhzan” kitabı məşhurdur, bu hədisi də o kitabda rəvayət edərkən hədis haqqında deyir ki:

وروى محمد بن جرير الطبري الإمامي بسند معتبر عن أبي بصير، عن أبي عبد الله عليه السلام
Və Məhəmməd b. Cərir ət-Təbəri əl-İmami mötəbər isnad ilə ilə Əbu Bəsir’dən, o da Əbu Abdullah (imam Cəfər əs-Sadiq ə.s.)’dan rəvayət etmişdir.

Şeyx Abbas Qumi r.ə, “Beytul Əhzan”, səhifə 189

2. Şeyx Mamaqani: “Tənqihul Məqal” kimi böyük bir rical ensiklopediyasının müəllifidir, hədisin səhihıiyi haqqında belə yazır:

عن دلائل الإمامة لمحمد بن جرير الطبري الإمامي مسند بسند قوي عن أبي بصير، عن أبي عبد الله عليه السلام
Məhəmməd b. Cərir ət-Təbəri əl-İmami “Dəlailul-Əimmə” kitabında, müsnəd olaraq qavi (güclü) isnad ilə Əbu Bəsir’dən, o da Əbu Abdullah (imam Cəfər əs-Sadiq ə.s.)’dan rəvayət etmişdir.

Şeyx Mamaqani r.ə., “Mirahul İkmal”, 3/267

3. Şeyx Mirzə Cavad Təbrizi: Mütəhhirin üləmanın böyüklərindən və müsəlmanların mərceyi-təqlidlərindəndir. “Siratun-Nicat” adlı kitabında özünə mövzu haqqında verilən bir suala cavablayarkən bu hədisi “Dəlailul-Əimmə”dən rəvayət etməkdə və hədisin səhihliyi haqqında belə deməkdədir:

عن دلائل الامامة للطبري بسند معتبر عن الصادق
Təbəri’nin “Dəlailul-Əimmə” kitabında mötəbər isnad ilə əs-Sadiq ə.s.’dan rəvayət edilmişdir.

Şeyx Təbrizi r.ə., “Siratun-Nicat”, 3/441

4. Seyyid Cəfər Mürtəza əl-Amuli: Mütəhhirin üləmanın böyüklərindən və araşdırmaçı alimlərdəndir. Mövzu haqqında yazdığı “Zəhra s.ə.’nın müsibəti” adlı kitabında bu hədisi dəlil olaraq təqdim etməkdə və hədis haqqında bu hökmü verməkdədir:

وسند الرواية صحيح
rəvayətin sənədi səhih’dir.

Seyyid Cəfər Mürtəza əl-Amuli r.ə., “Zəhra s.ə.’ın müsibəti”, 2/66

Advertisements

İmam Sadiq (ə.s): Hz. Fatimə (s.ə) Ömərin əmri ilə Qunfuzun vurması nəticəsində şəhid olmuşdur.” üçün 2 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma