Səhabə Cabir b. Abdullah əl-Ənsari (r.ə)-in Şiə nəzdindəki məqamı


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Şiəliyin səhabə haqqındakı inancını sənədli bir şəkildə Şiə mənbələrindən ortaya qoymağa davam edirik. Bu dəfəki çalışmamız Cabir b. Abdullah əl-Ənsari (r.ə.) və onun Şiə nəzdindəki məqamı haqqında olacaqdır. İlk öncə haqqında ümumi məlumat verəcək, daha sonra imamlarımızın (ə.s.) və üləma (r.ə.)-in onun haqqındakı bəyanlarını təqdim edəcək, daha sonra onun rəvayət etmiş olduğu hədislərin keçdiyi Şiə mənbələri haqqında məlumat verəcəyik.

1. Haqqında ümumi məlumat: Cabir b. Abdullah əl-Ənsari (r.ə.) altı məsum (ə.s.)-in əshabındandır. Bunlar Rəsulullah(s.), imam Əli, Hz. Həsən, Hz. Hüseyn, Hz. Səccad və Hz. Baqir (ə.s)-dir. Bərqi və Tusi onu bu altı məsum( ə.s.)-in əshabı arasında zikr edərək haqqında bu məlumatları vermişdirlər:

Oxumağa davam et

Seyyid Nemətullah əl-Cəzairi r.ə. Quran’ın təhrif edildiyi əqidəsində idimi ?


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Bilindiyi kimi bir çox nasibi bloq və saytlarında Şiələrin Quran’ın təhrifinə inandıqları iddia edilməkdə və bu mövzuda “dəlillər” gətirilməkdədir. Bu sözdə dəlillərdən ən məşhuru, ən çox istifadə ediləni Seyyid Nemətullah əl-Cəzairi r.ə.’in “Ənvarun Nömaniyyə” və “Nurul Bəhreyn” adlı kitablarıdır. Çnki Seyyid Nemətullah əl-Cəzairi r.ə. bu kitablarında həm özü Quran’ın təhrif olduğunu bildirməkdə və həm də bu mövzudakı xəbərlərin mütəvatir olduğunu söyləməkdədir. Lakin burada nasibilərin gizlətdikləri bu həqiqət vardır ki, Seyyid Nemətullah əl-Cəzairi r.ə. daha sonar təhrif fikrindən dönmüş və Quran’ın təhrifdən uzaq olduğunu bildirmişdir. Seyyid Nemətullah əl-Cəzairi r.ə.’in Quran’ın təhrifi fikrindən döndüyünün sənədini Şeyx Həsən əl-Həcmi h.ə.’ın yazısının əsli bu linkdədir: http://www.alkafi.net/vb/showthread.php?t=2712

Oxumağa davam et