Rəsulullah (s): “Ya Əli, qurtuluşa çatanlar sən və sənin şiələrindir!”


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Əhli Beyt (ə) məktəbinin, bu yolun davamçıların haqq üzrə olduqları açıq-aşkardır. Çünki onlar Rəsulullahın (s.a.a.) əmri ilə yalnız Quran və Əhli Beyt (ə), Rəsulullahın (s.a.a.) 12 xəlifəsinə (ə) üz tuturlar. Allah (c.c.) haqq əhlinin haqqı isbat edə bilməsi, haqqın günəş kimi işıq saçmağını təmin etmək üçün haqqın dəlillərini batilin öz içində belə qoymuşdur.Buna ən gözəl nümunə köhnə dinlərin hazırda əldə olan təhrif olunmuş kitablarında (Tövrat, İncil və s.) belə Rəsulullahın (s.a.a.) peyğəmbərliyinə və 12 xəlifənin imamətinə dəlalət edən ayələrin olmasıdır. Allah batil dinlərin qaynaqlarında İslamın, Rəsulullahın (s.a.a.) və Əhli Beytin (ə) dəlillərini qoyduğu kimi, batil məzhəblər içində də Əhli Beytin (ə) vilayətinə dair dəlillər ortaya qoymuşdur. Əlavə olaraq Əhli Beytin (ə) vilayətini təbii olanlarında haqq üzrə olduqlarına dair nişanəlar buraxmışdır. Biz inşallah bu başlıqda bu dəlilləri sizlərlə paylaşacağıq. İşimizdə Allaha təvəkkül edir və təkcə Ondan yardım diləyirik…

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır.

Bəyyinə surəsi 7-ci ayə

Əhli sünnə alimləri Beyinnə surəsinin 7-ci ayəsinin təfsirində belə rəvayət edirlər:

يقول : من فعل ذلك من الناس فهم خير البرية . وقد : حدثنا ابن حميد ، قال : ثنا عيسى بن فرقد ، عن أبي الجارود ، عن محمد بن علي ( أولئك هم خير البرية ) فقال النبي صلى الله عليه وسلم : ” أنت يا علي وشيعتك
İbni Həmid rəvayət etdi, dedi ki: İsa b. Fərkad Əbül Caruddan, o da Məhəmməd b. Əlidən, o da Əli b. Əbu Talibin (r.a.) (Beyinnə surəsinin 7-ci ayəsi haqqında) belə buyurduğunu rəvayət etdi: “Rəsulullah (s.a.a.) dedi ki: “Onlar sən və sənin şiələrindir ya Əli!”

Təbəri, “Təfsiri Təbəri”, Bəyinnə surəsi 7-ci ayənin təfsiri

وأخرج ابن عدي عن ابن عباس قال : لما نزلت {إِنَّ ٱلَّذِينَ ءامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَـٰتِ أُوْلَـئِكَ هُمْ خَيْرُ ٱلْبَرِيَّةِ } قال رسول الله صلى الله عليه وسلم لعلي : «هو أنت وشيعتك يوم القيامة راضين مرضيين
İbni Udey ibni Abbasdan (r.a.) rəvayət etdi ki: Beyinnə surəsinin 7-ci ayəsi nazil olduqda Rəsulullah (s.a.a.) Əliyə dedi ki: “Bunlar sən və sənin şiələrindir ki, qiyamət günü Allahın razı olduğu və onların da Allahdan razı olduğu halda olarlar.”

وأخرج ابن مردويه عن علي قال : قال لي رسول الله صلى الله عليه وسلم : «ألم تسمع قول الله : {إِنَّ ٱلَّذِينَ ءامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَـٰتِ أُوْلَـئِكَ هُمْ خَيْرُ ٱلْبَرِيَّةِ } أنت وشيعتك وموعدي وموعدكم الحوض إذا جئت الأمم للحساب تدعون غرا محجلين
İbni Mərdəvəyh Əlidən (r.a.) belə rəvayət etmişdir: Rəsulullah (s.a.a.) mənə belə dedi: “Məgər Allahın ” İman gətirib yaxşı işlər görənlər isə məhz onlar da, yaradılmışların ən xeyirlisidir .” buyurduğunu bilmirsənmi? Onlar sən və sənin Şiələrindir. Sən və sənin şiələrin (Kövsər) Hovuzun (un) yanında mənimlə olacaqsınız. Ümmətlər hesaba çəkildiyi halda siz üzü nurlu halda çağırılacaqsınız. “

Süyuti, “Əd-Durrul-Mənsur”, Bəyyinə surəsi 7-ci ayənin təfsiri

Alusi, “Təfsiri Alusi”, Bəyyinə surəsi 7-ci ayənin təfsiri

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma