İmamsız ölən cahiliyyə ölümü üzrə ölmüşdür.


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

İmamət inancı müsəlmanların əqidəsinin bir hissəsini təşkil etməkdədir, eynilə nübuvvət və məad inancları kimi. Və digər əqidəvi mövzular kimi imamət mövzusu da həm Quran və həm də Peyğəmbər sünnəti ilə sabitdir. Keçən yazılarımızda Quranda imamət üzrə bir məqalə paylaşmışdıq, İnşəAllah bu yazımızda isə imamətin əqidəvi bir mövzu olduğu və imamı tanımanın necə bir mühüm mövzu olduğuna dair Peyğəmbər sünnəti’ndən dəlili sizlərlə paylaşacağıq. Bu dəlil Rəsulullah s.a.a.’dan mütəvatirən rəvayət edilən “imamı tanımadan ölən, cahiliyyə ölümü üzrə ölmüşdür” hədisidir ki, bu hədis Şiə və Sünni mənbələrində müxtəlif səhih sənədlərlə rəvayət edilmişdir. İnşəAllah yazımızda hədisi Şiə və Sünni mənbələrdən sənədli bir şəkildə paylaşacağıq.

Oxumağa davam et

Rəsulullah (s): “Ya Əli, qurtuluşa çatanlar sən və sənin şiələrindir!”


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Əhli Beyt (ə) məktəbinin, bu yolun davamçıların haqq üzrə olduqları açıq-aşkardır. Çünki onlar Rəsulullahın (s.a.a.) əmri ilə yalnız Quran və Əhli Beyt (ə), Rəsulullahın (s.a.a.) 12 xəlifəsinə (ə) üz tuturlar. Allah (c.c.) haqq əhlinin haqqı isbat edə bilməsi, haqqın günəş kimi işıq saçmağını təmin etmək üçün haqqın dəlillərini batilin öz içində belə qoymuşdur.Buna ən gözəl nümunə köhnə dinlərin hazırda əldə olan təhrif olunmuş kitablarında (Tövrat, İncil və s.) belə Rəsulullahın (s.a.a.) peyğəmbərliyinə və 12 xəlifənin imamətinə dəlalət edən ayələrin olmasıdır. Allah batil dinlərin qaynaqlarında İslamın, Rəsulullahın (s.a.a.) və Əhli Beytin (ə) dəlillərini qoyduğu kimi, batil məzhəblər içində də Əhli Beytin (ə) vilayətinə dair dəlillər ortaya qoymuşdur. Əlavə olaraq Əhli Beytin (ə) vilayətini təbii olanlarında haqq üzrə olduqlarına dair nişanəlar buraxmışdır. Biz inşallah bu başlıqda bu dəlilləri sizlərlə paylaşacağıq. İşimizdə Allaha təvəkkül edir və təkcə Ondan yardım diləyirik…

Oxumağa davam et