Şeyx Kuleyni (r.ə.)


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Bundan sonra… Bilindiyi kimi “Siqatul-İslam”, yəni “İslamın etibarı” adı ilə məşhur olan Şeyx Kuleyni (r.ə) bizim, yəni müsəlmanların ən böyük hədis alimlərindəndir. Həyatını Əhli Beyt (ə.s)-in hədislərini bir yerə toplamağa həsr etmiş və 20 illik fəaliyyəti sonunda “əl-Kafi” adlı misilsiz əsərini ortaya qoymuşdur. Əhli Beyt ə.s. əqidə və fiqhini bir yerə toplayan bu kitab nasibilərin işini çətinə saldığı üçün onlar bu kitab və müəllif haqqında şübhə oyandırmağa çalışırlar. Çünki Əhli Beyt (ə.s)-dən nəql olunan bu hədisləri inkar etmənin ən rahat yolu budur. Əhli Beyt (ə.s)-in hədisləri sadəcə bu qaynaqlardadır, nasibi qaynaqlarında isə Əhli Beyt (ə.s)-dən hədis yox deyiləcək qədərdir. Bunun yerinə onların kitabları, nasibi, xarici, əməvi və əhli kitab raviləri ilə dolmuşdur.

Oxumağa davam et