Rəsulullah (s)-in Hz. Fatimə (s.ə)-i şəhid edənləri lənətləməsi


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Bildiyimiz kimi Nəbi (s.a.a.)in vəfatından sonra bir qrup səhabə xilafəti qəsb etmiş və Bu qədəri ilə də kifayətlənməyərək Nəbi (s.a.a.)in haqq xəlifəsini özlərinə beyətə dəvət etmişdir. Lakin Peyğəmbər (s.a.a.)in həqiqi xəlifəsi olan imam Əli (ə) və yanında olan sadiq səhabələr (r.a.) beyət etməmiş və müqavimət göstərmiş və Hz. Fatimə (s.a)nın evində toplanmışdılar. Bunun nəticəsində xilafəti ələ keçirən insanlar müqavimətçiləri dağıtmaq və onlardan beyət almaq məqsədi ilə Hz. Fatimə (s.a.)nın evinə hücum etmiş və Bu izdihamlarda Hz. Fatimə (s.a) yaralanaraq şəhid olmuşdur. Bu mövzu həm Şiə qaynaqlarında və həm də müxaliflərin qaynaqlarında sabitdir və biz bunları saytımızın “vəhy evinə hücum” hissəsində paylaşacağıq. Bu günki işimiz də Bu mövzu ilə yaxından bağlıdır, mövzumuz Nəbi (s.a.a.)in bu kəsləri lənətləməsi haqqındakı hədislərdir. İnşallah bu işimizdə şiə qaynaqlarında mövzu haqqındakı bir hədisi paylaşacağıq…

a1 a2 a3

Şəkildə gördüyünüz Əllamə Şeyx Kərəki r.ə.’in “Kənzul Fəvaid” adlı kitabıdır, işarələdiyim yerdə bu ifadələr var:

و مما حدثنا بهالشيخ الفقيه أبو الحسن بن شاذان رحمه الله قال حدثني أبي رضي الله عنه قال حدثنا ابنالوليد محمد بن الحسن قال حدثنا الصفار محمد بن الحسين قال حدثنا محمد بن زياد عنمفضل بن عمر عن يونس بن يعقوب رضي الله عنه قال سمعت الصادق جعفر بن محمد ع  يا يونس قال جدي رسول الله ( ص ) ملعون ملعون من يظلمبعدي فاطمة ابنتي و يغصبها حقها و يقتلها
… Yunis b. Yaqub (r.ə) dedi ki: Cəfər b. Məhəmməd əs-Sadiq (ə) dedi ki: Ey Yunus! Cəddim Rəsulullah (s.a.a.) dedi ki: Qızım Fatiməyə zülm edən, haqqını qəsb edən və onu öldürən məlundur, məlundur. “

Şeyx Kərəki r.ə, “Kənzul Fəvaid”, 1/149-150

Bu hədisin isnadı tam və qırılmaz və ravileri siqədir (etibarlıdır). “alkafi.net” saytında “Cabir Muhammedi” nicki ilə yazan qardaşımız hədisin səhhətini Seyid Sadiq ər-Ruhaniyə soruşmuş və o da hədisin səhhətini təsdiq etmişdir. İndi “Cabir Muhammedi” qardaşın sualını və Seyid Sadiq ər-Ruhaninin cavabını əlavə edirik:

 a1

Şəkildə gördüyünüz “Cabir Muhammedi” nicki ilə yazan qardaşın Seyid Sadiq ər-Ruhanidən göndərdiyi sual və Seyidin cavabıdır. Tərcüməsi:

بسم الله الرحمن الرحيم
اللهم صل على محمد وآل محمد
سماحة آية الله الوالد السيد الروحاني دامت ظلكم
لقد ذكر الكراجكي في كنزه كنزالفوائد: ج1 ص149/150 ،عن أبي الحسن بن شاذان، عن أبيه، عن محمد بن الحسن بن الوليد، عن محمد بن الحسين بن الصفار، عن محمد بن زياد، عن مفضل بن عمر، عن يونس بن يعقوب، عن الصادق (ع)، أنه قال في حديث طويل: يا يونس ، قال جدي رسول الله (ص): ملعون من يظلم بعدي فاطمة ابنتي، و يغصبها حقها و يقتلها
هل هذا السند صحيح؟
Bismillahir Rəhmanir Rəhim
Allahummə salli əla-Muhəmmədin və a-li Muhəmməd
Dəyərli Ayətullah Seyyid Ruhani
Kərəki “Kənzul Fəvaid” 1/149-150-də belə rəvayət etmişdir (Burada hədisi köçürür. Ona görə təkrara yer vermirik) Bu sənəd səhihdirmi?

الجواب: باسمه جلت اسمائه
لا اشکال في صحة سنده
Cavab: Ən gözəl adlara sahib olanın adı ilə.
Bu sənədin səhih olduğuna şübhə yoxdur.

Sual-cavab Seyid Sadiq ər-Ruhaninin rəsmi saytında da yayımlanmışdır: Seyyid Sadiq ər-Ruhaninin saytı, 5878 nömrəli sual

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma