İbni Cövzi: “Aişə, Ümmü Sələmə və Ənəs Təthir ayəsinin Əli, Fatimə, Həsən və Hüseyn haqqında nazil olduğunu deyiblər.”


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Təthir ayəsi mövzusundaki araşdırmalarımızı sizinlə paylaşacağıq. Bu işimizdə sizlərə nasibi alimlərindən ibni Cövzinin Təthir ayəsi mövzusunda ortaya atdığı fikirləri qeyd edəcək və hansının haqq olduğunu sübut etməyə çalışacağıq.

saq1

Şəkildə gördüyünüz Əhli-Sünnə alimi ibni Cövzinin “Kəşful-Müşkil” adlı kitabıdır. İşarələnmiş yerdə belə yazılıb:

وفي المُراد بأهل البيت هاهنا ثلاثة أقوال: أحدها: نساء النبي صلى الله عليه وسلم ، قاله ابن عبّاس وعكرمة. فإن قيل: فكيف قال: (عَنكُم) قيل: لأن رسول الله صلى الله عليه وسلم فيهنّ، فغلّب المذكّر. والثّاني: رسول الله صلى الله عليه وسلم وعلي وفاطمة والحسن والحسين. قاله أنس وعائشةوأمُّ سلمة. والثّالث: أنّهم أهل رسول الله صلى الله عليه وسلم وأزواجُه، قاله الضحّاك. وقال الزّجاج: نساؤه والذين هم آله
Əhli-Beytdən məqsədin kim olduğuna dair üç fikir vardır. Birincisi budur ki, “Nəbinin (s.a.a.) zövcələridir” ki, bu ibn Abbas və İkrimədən rəvayət olunub. İkincisi belədir: “Rəsulullah (s.a.a.), Əli, Fatimə, Həsən və Hüseyndir” ki, bu Aişə, Ümmü Sələmə və Ənəs b. Malikin fikiridir. Üçüncüsü isə belədir: “Rəsulullahın (s.a.a.) ailəsi və zövcələridir” ki, bu Dəhhəqin fikridir.

İbni Cövzi, “Kəşful Muşkil”, 4/418

Deyirəm ki, göründüyü kimi Təthir ayəsindəki “Əhli-Beyt” sözü ilə kimin nəzərdə tutulduğu mövzusunda sadecə 3 fikir var. Birinci fikir “Əhli-Beyt” sözü ilə Peyğəmbərin (s.a.a.) zövcələrinin nəzərdə tutulduğu, ikincisi xüsusi olaraq Rəsulullah (s.a.a.), İmam Əli, Həzrəti Fatimə, Həsən və Hüseynin (ə) olduğunu, üçüncüsü isə həm zövcələrin və həm də Rəsulullah (s.a.a), Əli, Fatimə, Həsən və Hüseynin (ə) olduğunu bildirir. Gördüyünüz kimi birinci fikir ibn Abbas və İkriməyə nisbət edilib ki, biz bunun uydurma olduğunu araşdırmamızda ortaya qoymuşduq. (bax: Tathir ayetinin tefsiri hakkındaki nasibi hadislerinin incelenmesi)

İkinci fikrə gəldikdə isə bu fikri ibni Cövzi Ümmü Sələmə, Ənəs və Aişəyə nisbət edir ki, biz növbəti mövzularımızda bunu deyənlərin yalnız bu üç nəfər olmadığını, əksinə, ibn Abbas, Əbu Səid əl-Xudri, Səd b. Əbu Vəqqas, Ömər b. Ümmü Sələmə və digərlərinin də bu fikirdə olduğunu səhih sənədlərlə sübut etmişdik. (bax: Tathir ayeti)

Üçüncü fikrə gəldikdə, gördüyümüz kimi bu üçüncü fikir Dəhhəqin fikridir ki, bu fikir höccət deyil və bir isnadıyoxdur. Əgər belə – isnad olmadan rəvayət etmək höccət sayılsaydı, onda hamının dediyi qəbul edilməli, höccət olaraq görülməyi lazım gələrdi.

Nəticə olaraq, səhih olan fikir budur ki, Əhli-Beyt (ə), Rəsulullah (s.a.a.), Əli (ə), Fatimə (s.a.), Həsən (ə) və Hüseyn (ə)-dır.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma