Muminun surəsi 6-cı ayə mütə nikahını nəsx etmişdirmi ?


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Bundan sonra… bu yazımızda İnşəAllah mütə nikahının caizliyi mövzusunda ortaya atılan bir şübhəyə cavab verəcəyik. Əhli Sünnət alimlərindən bəziləri mütə nikahının qadağan olunmasının Ömər ibn Xəttab tərəfindən olduğu gerçəyini qəbul etmək istəmirlər, bunun qarşılığında mənbələrində səhih olaraq gələn onlarla hədisə qarşı çıxır və Allahın kitabındakı mütə ayəsini fərqli formada şərh edirlər. Sanki bunlar üçün Ömər ibn Xəttabın sözü Allahın sözündən daha üstündür. Bu kimsələr Muminun surəsinin 6-cı ayəsinin mütə nikahını nəsx etmiş olduğunu iddia edirlər. İddialarını da dəstəkləmək üçün səhabə İbni Abbasın (r.ə.) adına hədis uydururlar. Bununla həm İbni Abbasın mütə haqqında olan fikrindən döndüyünü və həm də böyük bir səhabənin bu ayədən “mütə haramdır” hökmünü əldə etdiyini, binaenaleyh bu ayənin mütəni nəsx etdiyini söyləməyə çalışırlar. Əvvəlcə İbni Abbasa (r.ə.) istinad edilən hədisə nəzər yetirək :

حدثنا محمود بن غيلان حدثنا سفيان بن عقبة أخو قبيصة بن عقبة حدثنا سفيان الثوري عن موسى بن عبيدة عن محمد بن كعب عن ابن عباس قال إنما كانت المتعة في أول الإسلام كان الرجل يقدم البلدة ليس له بها معرفة فيتزوج المرأة بقدر ما يرى أنه يقيم فتحفظ له متاعه وتصلح له شيئه حتى إذا نزلت الآية إلا على أزواجهم أو ما ملكت أيمانهم قال ابن عباس فكل فرج سوى هذين فهو حرام
… İbni Abbas (r.ə.) dedi ki : Müvəqqəti nikah İslamın əvvəllərində var idi. Bir kişi tanışı olmayan bir məmləkətə gedəndə orada qalacağı qədər bir vaxt ərzində bir qadınla evlənərdi. O qadın da o kişinin əşyalarını mühafizə edər və lazımi xidmətlərini yerinə yetirərdi. Muminun surəsinin 6-cı ayəsi olan : “Ancaq arvadları və əllərinin altında olan cariyələri …” ayəsi nazil olduqdan sonra bu cür nikah ləğv edilmiş oldu. Bu iki qadından başqa bütün qadınlarla ediləcək hər cür əlaqə haramdır.

Tirmizi, “Sünən”, Nikah kitabı, hədis 1122

Biz də deyirik ki, bu hədis həm sənəd və həm də mətin yönündən qüsurludur. Sənədindəki qüsura gəlincə, sənədində Musa ibn Ubeyd vardır ki, o zəifdir. Nasibi rical alimi ibni Ədi onu “əl Kamil fid Duafa” kitabında zikr edərək deyir ki :

موسى بن عبيدة بن نشيط أبو عبد العزيز الربذي مدني
Musa ibn Ubeyd ibn Nəşayt, Əbu Əbdüləziz ər Rabzi, Mədəni

سمعت أبا يعلى يقول: سئل يحيى بن معين وانا حاضر عن موسى بن عبيدة الربذي فقال: ليس بشئ
Əbu Yalənin belə dediyini eşitdim : Yəhya ibn Maindən Musa ibn Ubeyd haqqında soruşdum, dedi ki : “sika (güvənilir) deyildir”

ثنا ابن حماد ثنا معاوية عن يحيى قال موسى بن عبيدة مدني ضعيف
…Muaviyə Yəhya ibn Maindən belə rəvayət etdi : “Musa ibn Ubeyd Mədəni, zəifdir”

ثنا ابن حماد ثنا عباس بن يحيى قال موسى بن عبيدة لا يحتج بحديثه
…Abbas (əd Duri) Yəhya ibn Maindən belə rəvayət etdi : “Musa ibn Ubeyd, hədisi ilə ixticac edilməz”

وقال أحمد منكر الحديث
Əhməd dedi ki : “Münkərul hədisdir”

ثنا الحسن بن سفيان ثنا إبراهيم بن يعقوب سمعت أحمد بن حنبل يقول: لا تحل عندي الرواية عن موسى بن عبيدة
…İbrahim ibn Yəqub dedi ki : Əhməd ibn Hənbəlin belə dediyini eşitdim : “Mənim nəzdimdə Musa ibn Ubeyddən rəvayət etmək halal deyildir”

وقال النسائي موسى بن عبيدة أبو عبد العزيز الربذي ضعيف
Və Nəsai dedi ki : “Musa ibn Ubeyd, Əbu Əbduləziz, zəifdir”

ibni Ədi, “Kamil fid Duafa”, 6/333, 1813-cü ravi

bu hədisin sənəd baxımından vəziyyəti. Göründüyü kimi rəvayət sənəd baxımından zəifdir, amma mətninə gəlincə, 2 yöndən qüsurludur. İlk olaraq Muminun surəsi 6-cı ayə mütə nikahını nəsx edə bilməz. Çünki Muminun surəsi bütünlüklə Məkkədə nazil olmuş bir surədir, sünni müfəssir əl Qurtubi ayənin təfsirində deyir ki :

Hər kəsin qəbul etdiyi görüşə görə bütünlüklə Məkkədə nazil olmuş bir surədir.

Qurtubi, “Camiul Əhkamil Quran”, 12/163

Göründüyü kimi, bu surənin Məkkədə nazil olduğu ixtilafsızdır. Amma bilindiyi kimi səhabələr Mədinədə Mütə nikahını edirdilər. Onsuzda Əhli Sünnət də Mədinədə səhabələrin Mütə nikahı etdiklərini, lakin bunun sonradan nəsx edildiyini iddia edir. Ayə Məkkədə enmiş, amma səhabələr Mədinədə – yəni ayənin enməsindən sonra Mütə nikahını ediblər. Binaenaleyh bu ayə mütə nikahını nəsx və ya haram etmir.

Hədisin mətnindəki 2-ci qüsura gəlincə isə, bu ayə ilə mütə nikahını qadağan etməyə çalışanlar, görəsən bu ayənin harasından mütənin haram olduğunu əldə edirlər ? Fərz edək ki, bu ayə Mədinədə enmiş olsun amma Mütə nikahını necə yasaqlaya bilər ki ? Ayə açıqca deyir ki “ Ancaq arvadları və əllərinin altında olan cariyələri…” yəni ayə zövcə və cariyə ilə cinsi əlaqəyə cəvaz verir. Bilindiyi kimi mütə nikahı ilə nikahlanan qadın da zövcədir. Bunun dəlili də ayənin özüdür. Onlar bu ayəni bizə qarşı dəlil olaraq gətirmişdilər hansı ki, ayə bizim dəlilimiz oldu. Belə ki, ayə Məkkədə enmiş, səhabə də Mədinədə – yəni bu ayənin enməsindən sonra mütə nikahı edib. Bu ayə isə ancaq “zövcə və cariyə” ilə cinsi əlaqəyə icazə verir. Binaenaleyh mütə nikahı ilə nikahlanan qadın da zövcədir. Əksi halda bu ayə də zidd olardı və Rəsulallah (s.ə.ə.) buna icazə verməzdi, səhabə də Mədinədə edə bilməzdi.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma