Məvəddət ayəsi


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

bundan sonra… Quran-i Şərif və mütəvatir hədislərlə Əhli Beyt ə.s.’ın vilayətini sənədli, şübhəyə yer buraxmayacaq formada təqdim etməyə davam edirik. Bu yazımızda Məvəddət ayəsi dediyimiz Şura surəsinin 23-cü ayəsi haqqında danışacağıq. Allah c.c. bu ayədə buyurur ki:

قُلْ لَا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَىٰ

De: “Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən (əhli-beytə sevgidən) başqa bir şey istəmirəm.
Şura surəsi 23-cü ayə

Oxumağa davam et