Mübahilə ayəsi


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Dəyərli bacı və qardaşlar, inşəAllah bu başlıq altında Kitabı Şərif və Sünnəti Nəbəvi s.ə.ə ilə Al-i Muhəmməd s.ə.ə-in heç kimin çata bilməyəcəyi bir fəzilətini daha sizlərə təqdim edəcəyik. Bu fəzilət Mübahilə ayəsi dediyimiz Ali İmran surəsinin 61-ci ayəsindədir. Allah c.c ayədə buyurur:

فَمَنْ حَاجَّكَ فِيهِ مِنْ بَعْدِ مَا جَاءَكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْا نَدْعُ أَبْنَاءَنَا وَأَبْنَاءَكُمْ وَنِسَاءَنَا وَنِسَاءَكُمْ وَأَنْفُسَنَا وَأَنْفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَلْ لَعْنَتَ اللَّهِ عَلَى الْكَاذِبِينَ
Sənə bilik gəldikdən sonra kim səninlə (İsanın) barəsində mübahisə edərsə, de: “Gəlin oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, nəfsimizi və nəfsinizi çağıraq, sonra isə dua edib yalançılara Allahın lənət etməsini diləyək

Al-i İmran surəsi 61-ci ayə

bu ayədə “oğullarımızı” sözü ilə Hz. Həsən və Hz. Hüseyin, “qadınlarımızı” sözü ilə Hz. Fatimə s.a, “nəfsimizi” sözü ilə isə Rəsulullah s.a.a və imam Əli a.s nəzərdə tutulmuşdur. bu ayənin təfsiri haqqında İslami/Şiə və Sünnü mənbələrdə imamlar a.s və səhabələr r.a-dan bir çox hədis rəvayət edilmişdir.

Oxumağa davam et