Abdullah ibn Səba: hədislər işığında araşdırma


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Bilindiyi kimi nasibilər tərəfindən İslam tarixində təhrif edilmiş hadisələrdən biri də Abdullah ibn Səba hekayəsidir. Belə ki, nasibilər bu hekayəni Seyf ibn Ömər kimi zındıqlar sayəsində təmamən təhrif etmiş, təhrif edib quraşdırdıqları nağıllara əsaslanaraq Şiəliyi Abdullah ibn Səba adlı bir yəhudinin qurmuş olduğu iftirasını atmaqdadırlar. Bu iftiranın əsassız və pis bir uydurma olduğunu müsəlmanlarla/şiələrlə nasibilərin ixtilaf etdiyi hər mövzuda birbaşa nasibilərə öz qaynaqlarından dəlillər təqdim etməsi belə sübuta yetirməkdədir. Lakin biz hər mövzuya mövzunun öz daxilində cavab verməyi gərək gördüyümüz üçün bu mövzu haqqında bir iş gördük.

Abdullah ibn Səba mövzusu haqqında Əllamə Seyid Əskəri, Şeyx Əli al-i Muhsin və Seyid Haşim Haşimi kimi mühəqqiq alimlər tərəfindən geniş və hərtərəfli bir işlər görülmüşdür. Bu işlərdə Abdullah ibn Səba haqqındakı nasibi və İslami/Şiə qaynaqlı bütün hədislər bir araya toplanmış, onların sənəd və mətnləri incələnmişdir. İşlərin hər birisi çox güclü və mövzunun haqqını vermiş olan işlərdir. Lakin bu işlər bu an üçün Azərbaycan dilinə tərcümə olunmadığı və bütün qardaş və bacılarımızın ərəbcə bilmədikləri üçün öz hazırladığımız işi sizlərlə paylaşmaq istəyirəm.

İslami/Şiə mənbələrə baxıldığında, tarixdə Abdullah ibn Səba adında birinin yaşamış olduğu, bu insanın İmam Əli ə.s’ın xilafəti zamanında Kufədə ortaya çıxıb imam ə.s. haqqında ilahlıq iddiasında olduğu, imam ə.s’ın onu tövbəyə dəvət etdiyi, tövbəyə yanaşmayınca onu öldürdüyü açıqca görülməkdədir. Ancaq, nasibi saray mollalarından zındıq Seyf ibn Ömər bu tarixi gerçəyi təmamən təhrif etmişdir. Zındıq Seyf ibn Ömər’in uydurduğu hekayə gerçəklərə zidd olaraq ibn Səba’nın Osman ibn Əffan’ın xilafəti zamanında ortaya çıxdığını, rəcat və vəsiyyət ilə əlaqədar düşüncələri ilk dəfə onun ortaya atdığını, müsəlmanların Osman ibn Əffan’a qarşı üsyana təşviq etdiyini və bunun nəticəsi olaraq Osman ibn Əffan’ın öldürüldüyünü özündə əks etdirməkdədir.

İnşəAllah biz bu işimizdə İbni Səba hekayəsini həm səhih hədislər işığında İslami/Şiə və nasibi qaynaqlardan təqdim edəcək və həm də zındıq Seyf ibn Ömər’in uydurduğu hekayəni incələyəcəyik. İslami/Şiə qaynaqlarda səhih hədislərlə anladılan gerçək hekayə üçün “İmam Əli ə.s. ’ın ilahlığını iddia edən gerçək İbni Səba”, Seyf ibn Ömər’in təhrif edərək uydurduğu hekayə üçün isə “İmam Əli ə.s. ’ın vəsiliyini iddia edən uydurma İbni Səba” adından istifadə edəcəyik. İşimizdə Allah azzə və cəllə təvəkkül edər və yalnızca Ondan yardım diləyirik.

1.İmam Əli ə.s’ın vəsiliyini iddia edən uydurma İbni Səba: yuxarıda da söylədiyim və Əllamə Seyid Əskəri kimi mühəqqiqlərin araşdırmaları sonunda bəlli olduğu kimi İbni Səba’nın yəhudi olduğu, Osman ibn Əffan’ın xilafəti zamanında ortaya çıxdığı, rəcat və vəsiyyət ilə əlaqədar düşüncələri ilk dəfə onun ortaya atdığı, müsəlmanları Osman ibn Əffan’a qarşı üsyana təşviq etməsi və bənzəri sözlər təmamən qeyri-real və əsassız olub nasibi alimlərindən zındıq Seyf ibn Ömər ət-Təmimi tərəfindən uydurulmuş olan hekayəni sizlərlə paylaşacaq, daha sonra isə onu şəxsən nasibi hədis elminə görə incələyəciyik.

İbni Səba mövzusunda Seyf ibn Ömər tərəfindən uydurulmuş olan bu hekayəni ilk dəfə nasibilərin tarix, hədis və rical alimi olan Təbəri rəvayət etmişdir. Təbəri bu mövzuda deyir ki:

كتب به إلى السري عن شعيب عن سيف عن عطية عن يزيد الفقعسي قال كان عبد الله بن سبأ يهوديا من أهل صنعاء أمه سوداء فأسلم زمان عثمان ثم تنقل في بلدان المسلمين يحاول ضلالتهم فبدأ بالحجاز ثم البصرة ثم الكوفة ثم الشأم فلم يقدر على ما يريد عند أحد من أهل الشأم فأخرجوه حتى أتى مصر فاعتمر فيهم فقال لهم فيما يقول لعجب ممن يزعم أن عيسى يرجع ويكذب بأن محمدا يرجع وقد قال الله عز وجل (إن الذي فرض عليك القرآن لرادك إلى معاد) فمحمد أحق بالرجوع من عيسى قال فقبل ذلك عنه ووضع لهم الرجعة فتكلموا فيها ثم قال لهم بعد ذلك إنه كان ألف نبي ولكل نبي وصى وكان علي وصي محمد ثم قال محمد خاتم الأنبياء وعلي خاتم الأوصياء ثم قال بعد ذلك من أظلم ممن لم يجز وصية رسول الله صلى الله عليه وسلم ووثب علي وصي رسول الله صلى الله عليه وسلم وتناول أمر الأمة ثم قال لهم بعد ذلك إن عثمان أخذها بغير حق وهذا وصي رسول الله صلى الله عليه وسلم فانهضوا في هذا الامر فحركوه وابدأوا بالطعن على أمرائكم وأظهروا الامر بالمعروف والنهي عن المنكر تستميلوا الناس وادعوهم إلى هذا الامر فبث دعاته وكاتب من كان استفسد في الأمصار وكاتبوه ودعوا في السر إلى ما عليه رأيهم وأظهروا الامر بالمعروف والنهي عن المنكر وجعلوا يكتبون إلى الأمصار بكتب يضعونها في عيوب ولاتهم ويكاتبهم إخوانهم بمثل ذلك ويكتب أهل كل مصر منهم إلى مصر آخر بما يصنعون فيقرأه أولئك في أمصارهم وهؤلاء في أمصارهم حتى تناولوا بذلك المدينة وأوسعوا الأرض إذاعة وهم يريدون غير ما يظهرون ويسرون غير ما يبدون فيقول أهل كل مصر إنا لفي عافية مما ابتلى به هؤلاء إلا أهل المدينة فإنهم جاءهم ذلك عن جميع الأمصار فقالوا إنا لفي عافية مما فيه الناس
Sirrinin kitabında Şueybdən, O Seyfdən, o Atiyyədən, o da Yezid əl-Fuqasidən rəvayət etdi, dedi ki: Abdullah ibn Səba Səna yəhudilərindəndi, anası Sevda idi. Osman zamanında İslamı qəbul etdi, müsəlmanları fitnəyə sürükləmək məqsədi ilə İslam vilayətlərinə Hicaz, Bəsrə, Kufə və Şam’a getdi. Lakin Şam əhalisi sözlərini qəbul etməyərək onu şəhərdən qovdu! Abdullah sonunda Misir’ə gedib oraya yerləşmək məcburiyyətində qaldı. O, Misir’də iclaslar təşkil edərək xalqa qarışır, onlarla danışıb bu mövzuları başa salırdı: “İsa ə.s.’ın dönəcəyinə inandıqları halda Məhəmməd s.ə.ə.’in ricat edəcəyini inkar edən insanlara təəccüblənirəm. Hansı ki, Allah Təala buyurur ki: “Heç şübhəsiz, sənə Quran’ı fərz qılan, səni dönüləcək yerə əlbəttə döndürəcəkdir.” (Qəsəs, 85) və Məhəmmd bu ricat və dönüşə İsa’dan daha layiqdir, insanlar da onun sözünü qəbul etdilər. Beləliklə İbni Səba oturub haqqında danışmaqları üçün ricat məsələsini insanların arasında mövzu etdi. Bir müddət sonra İbni Səba dedi ki: “Min dənə peyğəmbər gəlmişdir və hər birinin vəsisi vardı; Əli də Məhəmməd’in vəsisidir!” Daha sonra dedi ki: “Məhəmməd peyğəmbərlərin, Əli də vəsilərin sonuncusudur. Peyğəmbər’in vəsiyətini dinləməyib Rəsulullah’ın vəsisi Əli’yə hücum edərək haqsız olaraq ümmətin başına keçən kimsədən daha zalim kim var ?!” Sonra dedi ki: “Osman haqsız olaraq hökumətə keçdi. Rəsulullah’ın vəsisi burada hazır olan Əli’dir. O halda qiyam edərək bunu hər kəsə xəbər edin və insanları oyandırın. Bu hərəkətdə mərufu əmr etmə və münkərdən çəkindirmə xüsusunda ilk öncə başınızdakıları tənqid edin ki, xalq sizə meyl etsin; o zaman onları istədiyiniz hədəfə yönləndirin! Abdullah ibn Səba daha sonra hər tərəfə təmsilçilər göndərdi və İslam torpaqlarının künc-bucağında üzərindən fəsad qoxusu gələn hər kəsə məktublar yazdı. Onlar da gizli bir şəkildə onun hədəfini izlədiklərini söyləyərək mərufu əmretmə və münkərdən çəkindirmə adı altında ölkənin dörd bir yanına məktublar yazaraq başlarındakıların pislikləriylə, çirkin hərəkətlərini ona danışdılar. Həmfikirləri də eyni işi gördülər; Beləliklə hər kəs öz şəhərində etdiklərini digər şəhərlərə xəbər verdi, onlar da bu xəbərləri insanlara oxudular. Nəhayət bu xəbərlər Mədinə’yə çataraq hər tərəfdə yayıldı. Onlar bu can və başla çalışmalarında hədəflərinin nə olduğunu söyləmirdilər. İnsanlara söylədikləri ilə içlərində olanlar arasında çox böyük bir fərq var idi ! Sonunda Mədinə xalqı xaricində hər kəs vəziyyətlərinin başqa şəhərlərin xalqının vəziyyətindən daha yaxşı olduğuna inandı. Digər şəhərlərin xəbərləri Mədinə’yə çatanda Mədinə xalqı buna inanmayaraq “Biz belə bir əmniyət və rahatlıq içindəykən digər şəhərlərin insanları bu qədər əzab mı çəkir?” dedilər. Belə ki, sonunda Mədinə xalqının Osman’ın yanına gedərək belə dediklərini yazarlar: “ey Möminlərin Əmiri! İnsanlardan bizə çatan sənə də çatdı mı ?” Osman, “Xeyr vallahi! Xalqın əmniyət və rahatlığı haqqında yaxşı xəbərlərdən başqa bir şey eşitməmişəm.” Deyə cavab verdi. Onlar, “Amma bizə çatdı.” Dedilər və sonra bildiklərini Osman’a söylədilər. Osman dedi ki: “Siz hər zaman mənim yanımda idiniz., möminlərin yar və yardımçısısınız; nə etməmi istəyirsiniz?” Onlar, “Bizcə güvənilən adamlarını digər şəhərlərdə olub bitənləri sənə gətirmələri üçün oralara göndərməlisən.” dedilər. Osman onların məsləhətini yerinə yetirmək üçün Osman ibn Məsləmə’ni çağıraraq Kufə’yə, Üsamə ibn Zeyd’i Bəsrə’yə, Əmmar ibn Yasir’i Misir’ə, Abdullah ibn Ömər’i Şam’a və öndə gələn digərlərini digər yerlərə göndərdi. Bu elçilər göndərildikləri şəhərlərdə vəzifələrini yerinə yetirdikdən sonra Əmmar Yasir’dən əvvəl Mədinə’yə dönərək, qövmün irəli gələnlərinin və ya avam xaqlın söylədiyi narahatedən bir şeylə qarşılaşmadıqlarını söylədilər! Hamısı fikir birliyi içərisində işlərin müsəlmanların istədiyi kimi getdiyini və yalnız ədaləti yerinə yetirməkdə  vəlilərin sərtlik göstərdiklərini xəbər verdilər. Xalq uzun bir zaman Əmmar’ın gəlməsini gözlədi; Belə ki, onun öldüyünü və ya öldürüldüyünü sandılar. Lakin Abdullah ibn Sad ibn Sərh’in məktubu Əmmar’ın vəziyyətini açıqlığa qovuşduraraq onları bu narahatlıqdan qurtardı. Abdullah məktubunda belə yazmışdır: “Misir xalqından bir qrup Əmmar’ın ətrafına toplanmış, onu özlərinə yaxınlaşdıraraq onunla yaxın əlaqələr qurmuşdur. Əmmar’ın ətrafında toplananların arasında Abdullah ibn Sevda, Xalid ibn Mulcəm, Sevdan ibn Həmran, Kənanə ibn Buşr kimi kimsələr gözə dəyməkdədir…!”

Təbəri, “Tarixi Təbəri”, 3/378-379

Təbərinin bu rəvayəti bizə qarşı hər hansı bir dəlil deyildir və bizim də buna cavab yazmağımızın səbəbi onu qaynaq olaraq görməyimiz və ya sözlərini ciddiyə almağımız deyildir. Buna cavab verməyimizin tək səbəbi nasibilərin iddialarının hər zamanki kimi öz mənbələrində belə sabit olmadığını, əksinə uydurma olduğunu göstərmə istəyidir.

Təbərinin rəvayət etmiş olduğu bu nağıl nasibilərin öz hədis elminə görə dəyərsizdir. Çünki Təbərinin bu nağılı özündən rəvayət etdiyi ravilər hamısı yalançı, zındıq və məchuldur. İnşəAllah indi Təbərinin rəvayət etdiyi nağılın sənədində yer alan ravilər haqqında nasibi rical kitablarından məlumat verəcəyik.

1-2. Yezid əl-Fuqasi (يزيد الفقعسي) və Atiyyə (عطية): hər ikisi tarixdə yaşamamış, dünyaya gəlməmiş, doğulmamış əksinə Seyf ibn Ömər ət-Təmimi tərəfindən uydurulmuş olan ravilərdir. Əllamə Seyid Murtəza Əskəri (r.ə) Seyf ibn Ömər tərəfindən uydurulmuş olan raviləri incələdiyi “15 uydurma səhabə” kitabında bu şəxslərin hər birinin uydurma olduğunu ortaya qoymuşdur.

3. Seyf ibn Ömər (سيف بن عمر): Nəbi s.ə.ə.’ın vəfatı sonrasında riddə savaşları, fütuhat, Osman ibn Əffan’ın öldürülməsi, Cəməl və Siffeyn döyüşləri və İbni Səba mövzusu kimi onlarca tarixi hekayəni təhrif etmiş, 150 ravi uydurmuş, yalançı və zındıq bir insandır. Nasibi rical alimi İbni Hacər onun bioqrafiyasnda deyir ki:

سيف بن عمر التميمي البرجمي ويقال السعدي ويقال الضبعي ويقال الاسدي الكوفي صاحب كتاب الردة والفتوح

Seyf ibn Ömər ət-Təmimi əl-Bərcəmi “əl-Əsədi”, “əs-Dabbi” və “əl-Əsədi əl-Kufi” də deyilmişdir. “Riddə və futuh” adlı kitabın sahibidir.

قال ابن معين ضعيف الحديث وقال مرة فليس خير منه وقال أبو حاتم متروك الحديث يشبه حديثه حديث الواقدي وقال أبو داود ليس بشئ وقال النسائي والدارقطني ضعيف وقال ابن عدي بعض أحاديثه مشهورة وعامتها منكرة لم يتابع عليها وقال ابن حبان يروي الموضوعات عن الاثباتقال وقالوا أنه كان يضع الحديث.  قلت: بقية كلام ابن حبان اتهم بالزندقة وقال البرقاني عن الدارقطني متروك وقال الحاكم اتهم بالزندقة وهو في الرواية ساقط
İbni Main dedi ki: “hədisdə zəifdir” və yenə demişdir ki: “onda xeyir yoxdur”
Əbu Hatim dedi ki: “hədisi mətrukdur, hədisi Vaqidi:nin hədisi kimidir”
Əbu Davud dedi ki: “bir şey deyildir”
Nəsai və Darəktuni dedlər ki: “zəifdir”
İbni Adiy dedi ki: “bəzi hədisləri məşhurdur, ancaq münkərdir, qəbul edilməmişdir”
İbni Hibban dedi ki: “dürüst ravilərə uydurma rəvayətləri isnad etmişdir, yalançı bir zındıqdır.” Mən (İbni Hacər) deyirəm ki, İbni Hibban’ın “zındıqdır” sözü yaxşı olmamışdır.
əl-Bərkani Darəktuni’dən nəqlən dedi ki: “mətrukdur”
Hakim dedi ki: “O bir zındıqdır və rəvayətləri tərk edilmişdir”

ibni Hacər, “Təhzib ət-Təhzib”, 4/259-260, 517-ci ravi

yenə bir başqa nasibi rical almi əz-Zəhəbi onun haqqında deyir ki:

سيف بن عمر التَّمِيمِي الْأَسدي لَهُ تواليف مَتْرُوك بِاتِّفَاق وَقَالَ ابْن حبَان اتهمَ بالزندقة قلت اِدَّرَكَ التَّابِعين وَقد اتهمَ قَالَ ابْن حبَان يروي الموضوعات
Seyf ibn Ömər ət-Təymi əl-Əsədi: onun təlifləri ittifaq ilə rədd edilmişdir, və İbni Hibban “o bir zındıqdır” demişdir. Deyirəm ki: Tabiinləri görmüş və ittiham edilmişdir. İbni Hibban dedi ki: “məvzuat (uydurmalar) rəvayətlər etmişdir” 

əz-Zəhəbi, “əl-Muğni fid-Duafa”, 1/292, 2716-cı ravi

4. Şuayb ibn İbrahim (شعيب بن ابراهيم الكوفي): zındıq və yalançı Seyf’in nağıllarını rəvayət edən bir insandır. Lakin Seyf zındıq olduğu kimi bu da məchuldur. DüşününZ zındığın kitabını məchul birisi rəvayət edir. İbni Hacər onun haqqında deyir ki:

شعيب بن إبراهيم الكوفي
Şuayb ibn İbrahim əl-Kufi

راوية كتب سيف عنه. فيه جهالة
ذكره ابن عَدِي وقال: ليس بالمعروف وله أحاديث وأخبار وفيه بعض النكرة
Seyf’in kitabını özündən rəvayət etmişdir, onda cəhalət vardır. İbni Adi zikr etmiş və demişdir ki: “məruf deyildir, onun hədis və xəbərlərində bəzi münkərlər vardır”

ibni Hacər, “Lisan əl-Mizan”, 3797-ci ravi

5. Sirri (السري): nağılı zındıq Seyf’in kitabının ravisi məchul Şuayb’dan rəvayət edən bu şəxsin kim olduğu mövzusunda ixtilaf vardır. Çünki “Sirri” olaraq bilinən 3 adam vardır:

a) Sırrı ibn Yəhya əl-Kufi (السري بن يحيى الكوفي): nasibi rical elminə görə güvənilən bir ravidir, İbni Hacər onun haqqında deyir ki:

السري بن يحيى بن إياس بن حرملة الشيباني البصري ثقة أخطأ الأزدي في تضعيفه من السابعة مات سنة سبع وستين
Sirri ibn Yəhya… əş-Şeybani əl-Basri, siqa (güvenilir)’dir, 167-ci ildə ölmüşdür.

ibni Hacər, “Təqrib ət-Təhzib”, 2223-cü ravi

b) Sirri ibn İsmayıl əl-Həmədani (السريّ بن اسماعيل الهمدانيّ): yalançı və uydurandır, nasibi rical alimi İbni Adi onun haqqında deyir ki:

السري بْن إسماعيل
Sirri ibn İsmayıl

كتب إلي مُحَمَّد بْن الحسن بْن بحر , ثَنَا عَمْرو بْن علي , قَالَ كان يحيى لا يحدث عن السري بْن إسماعيل , وما سمعت عبد الرَّحْمَن ذكره قط
سمعت ابْن حماد , يقول : قَالَ البخاري : السري بْن إسماعيل الهمداني , عن الشَّعْبِيّ كوفي , قَالَ يحيى بْن سعيد : استبان لي كذبه في مجلس
ثنا ابْن أبي عصمة , ثَنَا أبو طالب , قَالَ : قلت لأحمد بْن حنبل : السري بْن إسماعيل ؟ قَالَ : ترك الناس حديثه
ثنا ابْن حماد , ثَنَا الْعَبَّاس , عن يحيى , قَالَ : السري بْن إسماعيل ليس بشيء
Amr ibn Əli dedi ki: “Yəhya (ibn Səid) Sirri ibn İsmayıl’dan rəvayət etməzdi və Əbdürrəhman (ibn Mehdi) ’nin də onu zikr etdiyini heç eşidmədim.

Buxari dedi ki: Sirri ibn İsmayıl əl-Həmədani, Şaabi’dən (rəvayət etmişdir), Yəhya ibn Səid dedi ki: “mənə məclisdə yalan söylədi”
Əbu Talib dedi ki: Əhməd ibn Hənbəl’dən Sirri ibn İsmayıl haqqında soruşdum, dedi ki: “insanlar onun hədisini tərk etmişdirlər”
Yəhya ibn Main dedi ki: “Sirri ibn İsmayıl bir şey deyildir”

ibni Ədi, “Kamil fid-Duafa”, 3/456, 872-ci ravi

c) Sirri ibn Asim əl-Həmədani (السريّ بن عاصم الهمدانيّ): yalançı və hədis uydurandır, nasibi rical alimi İbni Hacər onun bioqrafiyasında deyir ki:

السري بن عاصم بن سهل أبو عاصم الهمداني
Sirri ibn Asim, Səhl Əbu Asi əl-Həmədani

وهاه ابن عَدِي وقال: يسرق الحديث
وقال النقاش في موضوعاته في الحديث الأخير: وضعه السري
ibni Adi dedi ki: “hədis oğurlayar”
və Nəqqaş “uydurma hədislər” kitabında dedi ki: “Sirri uydurur”

ibni Hacər, “Lisan əl-Mizan”, 3364-cü ravi

İndi əgər Təbəri’nin sənədindəki Sirridən məqsəd il ravi və güvənilən olan Sirri ibn Yəhya əl-Kufidirsə bu halda sənəddə inkita (qopuqluq) vardır. Zira yuxarıda gördüyümüz kimi Sirri ibn Yəhya 167-ci ildə ölüb, Təbəri isə 224-cü ildə dünyaya gəlmişdir (bxn:  əz-Zəhəbi, “Siyər”, 14/267).

Yox əgər, Sirri’dən məqsəd digər iki insandan birisidirsə bu halda onlar da yalançıdırlar. Amma mənim zənnimcə bu insan Sirri ibn Asim əl-Həmədani’dir, zira o hicri 258-ci ildə Bağdad’a gəlmiş və Təbəri ilə görüşmüşdür.

Göründüyü kimi nağılı rəvayət edənlərdən ilk 2 ravi Seyf’in uydurduğu insanlardır + Seyf özü də zındıq və yalançıdır + Seyf’in nağıllarını rəvayət edən Şuayb məchuldur + nağılları Şuayb’dan alıb Təbəri’yə rəvayət edən Sirri də yalançıdır ya da Təbəri ilə arasında inkita vardır. Göründüyü kimi şəxsən nasibi ricalına görə bu nağılın tutulacaq bir yanı yoxdur, harasına əlimizi atsaq əlimizdə qalır. Vəziyyətin belə olduğunu görən nasibilər israrla və bir şəkildə dinləri kimi yalan olan iddialarını xilas edə bilmək üçün güya İslami/Şiə qaynaqlardan dəlil gətirirlər. Nasibi deyir ki:

İbni Səbə’nin Hz. Əli’nin xilafəti dövründə ortaya çıxdığını, Hz. Əli’nin vəsiliyi iddiasını ortaya atdığını, səhabələri söyərək təkfir edən ilk insan olduğu Şiə qaynaqlar belə doğrulmaqdadır. Şiə alimlərdən Növbəxti “Firəquş Şiə”, səhifə 22’də; Kəşşi “Rical”, səhifə 100-101’də; Mamaqani “Tənqihul Maqal”, 2/184’də rəvayət etmişdir.

şübhənin cavabı: İslami/Şiə qaynaqlarda qətiyyən bu mövzuda heç bir səhih məlumat, hətda səhih sənədi olan bir məlumat belə yoxdur. Və nasibilərin dəlil deyə təqdim etdikləri İslami/Şiə qaynaqların heç birisi bu hekayəni isnad ilə rəvayət etməmişdirlər. Əksinə nasibilərin dəlil deyə təqdim etdikləri İslami/Şiə qaynaqların hamısı bu hadisəni Səd ibn Abdullah əl-Qummi r.ə. ’nin “Maqalt vəl-Firaq” adlı kitabından götürmüşdürlər. Yəni İslami/Şiə qaynaqlarda hekayənin əsli Səd ibn Abdullah əl-Qummi r.ə. ’nin kitabıdır ki, bu kitabda hekayə belə yazılıb:

وحكى جماعة من أهل العلم أن عبد الله بن سبإ كان يهوديا فأسلم و والى عليا (عليه السلام) و كان يقول و هو على يهوديته في يوشع بن نون وصي موسى بالغلو، فقال في إسلامه بعد وفاة رسول الله (صلى الله عليه وآله وسلم) في علي (عليه السلام) مثل ذلك، و كان أول من شهر بالقول بفرض إمامة علي و أظهر البراءة من أعدائه و كاشف مخالفيه و أكفرهم، فمن هاهنا قال من خالف الشيعة أصل التشيع  و الرفض مأخوذ من اليهودية
Elm əhlindən bir qrupu demişdir ki: Abdullah ibn Səbə Yəhudi idi, sonra müsəlman oldu və Əli ə.s.’ı sevməyə başladı. Abdullah ibn Səbə, Yəhudi olduğu zamanlar Yuşa ibn Nun haqqında danışır və onun Musa ə.s.’ın vəsisi olduğunu söyləyirdi. Rəsulullah s.ə.ə. ’in vəfatından sonra da müsəlman ikən onlara bənzər yalan sözlər Hz. Əli haqqında da söyədi. Əli ə.s.’ın vilayətinin fərz olduğunu ilk dəfə söyləyən və onun düşmənlərindən təbərri edən, onları təkfir edən o idi” buna dayanaraq Şiə müxalifləri “Rafiziliyin əsası Yəhudilik’dir” demişdirlər.

Səd ibn Abdullah əl-Qummi r.ə, “Məqalat vəl Firaq”, səhifə 20

göründüyü kimi hekayənin əslinin keçdiyi “Məqalat vəl-Firaq” kitabında müəllif Səd ibn Abdullah əl-Qummi r.ə. bu fikirini qəbul etdiyini bəyan etməmiş və ya onu bir sənəd ilə rəvayət etməmişdir, əksinə özü bu sözü rəvayət etmişdir və rəvayət edilən şəxsləri “elm əhlindən bir qrupu” deyə naməlum qoymuşdur. Binaenaleyh, bu naqil bu mövzuda höccət vəzifəsində deyildir. Həmçinin, Səd ibn Abdullah əl-Qummi r.ə.’in “elm əhlindən bir qrupu” dediyi şəxslərin sünni tarixçiləri olmaları ehtimalı da vardır. Zira Səd ibn Abdullah əl-Qummi r.ə. muxaliflərdən tarixi rəvayətlər rəvayət etmiş bir insandır. Nəcaşi r.ə. onun bioqrafiyasında deyir ki:

سعد بن عبد الله بن أبي خلف الاشعري القمي أبو القاسم ، شيخ هذه الطائفة وفقيهها و وجهها. كان سمع من حديث العامة شيئا كثيرا ، وسافر في طلب الحديث ، لقى من وجوههم الحسن بن عرفة ومحمد بن عبد الملك الدقيقي وأبا حاتم الرازي و عباس الترقفي
Səd ibn Abdullah ibn Əbu Xələf əl-Əşari əl-Qummi, Əbül Qasim, bu tayfanın şeyx və fəqihlərindəndir. Amma (əhli sünnət)’dən çox sayda hədis eşitmiş və hədis tələbi ilə (onların bölgələrinə) səyahət retmişdir. Sünni alimlərindən Həsən ibn Arəfə, Məhəmməd ibn Əbdülməlik əd-Dakiki, Əbu Hatəm ər-Razi və Abbas əs-Səqəfi’dən rəvayət etmişdir.

Nəcaşi r.ə., “Rical”, səhifə 178, 467-ci ravi

2. İmam Əli ə.s.’ın ilahiliyini iddia edən gerçək İbni Səba: zındıq Seyf ibn Ömərin təhrif etdiyi nağılın əksinə, gerçək hekayədə İbni Səba təmamilə fərqli bir insanlıq və Seyf ibn Ömərin ona aid etdiyi işlərlə qətiyyən əlaqəsi yoxdur. İbni Səbanın gerçək kimliyini Kəşşi (r.ə.)-nin rəvayət etdiyi səhih hədislərdə aydın formada görməktəyik. Kəşşi (r.ə.) bu şəxs haqqında deyir ki:

حدثني محمد بن قولويه القمي، قال حدثني سعد بن عبد الله بن أبي خلف القمي، قال حدثني محمد بن عثمان العبدي، عن يونس بن عبد الرحمن، عن عبد الله بن سنان، قال حدثني أبي، عن أبي جعفر (عليه السلام): أن عبد الله بن سبإ كان يدعي النبوة و يزعم أن أمير المؤمنين (عليه السلام) هو الله (تعالى عن ذلك) فبلغ ذلك أمير المؤمنين (عليه السلام) فدعاه و سأله فأقر بذلك و قال نعم أنت هو و قد كان ألقي في روعي أنك أنت الله و أني نبي
فقال له أمير المؤمنين (عليه السلام) ويلك قد سخر منك الشيطان فارجع عن هذا ثكلتك أمك و تب فأبى فحبسه و استتابه ثلاثة أيام فلم يتب فأحرقه بالنار و قال إن الشيطان استهواه فكان يأتيه و يلقي في روعة ذلك
Mənə Məhəmməd ibn Qavlaveyh rəvayət etdi, dedi ki: mənə Səd ibn Abdullah rəvayət etdi, dedi ki: Məhəmməd ibn Osman əl-Ubeydi mənə Yunus ibn Əbdürrahman’dan, o da Abdullah ibn Sinan’dan rəvayət etdi, dedi ki: atam mənə Əbu Cəfər (İmam Baqir ə.s.)’dan rəvayət etdi, dedi ki: Abdullah ibn Səbə peyğəmbərlik iddiası edirdi və Möminlərin Əmiri (imam Əli ə.s.)’ın Allah olduğunu hesab edirdi. Bu Möminlərin Əmiri (İmam Əli ə.s.)’a çatdı və imam ə.s. onu çağıraraq ondan soruşdu, o da buna iqrar etdi və əlavə etdi: “Bəli, Sən O’san bu mənim qəlbimə ilqa olmuşdur. Şübhəsiz sən Allah’san və mən də peyğəmbərinəm”. Möminlərin Əmiri (İmam Əli ə.s.) ona dedi ki: “Təəssüflər olsun sənə, şübhəsiz Şeytan sənə müsəllət olub, anan yasını tutsun. Həmən bu inancdan dön və tövbə et.” İmam ə.s. onu həps elədi və üç gün tövbə etməsini istədi amma o tövbə etmədi. Məhz buna görə imam ə.s. onu alovda yandırdı və dedi ki: “Şübhəsiz Şeytan ona gələrək onu aldadır və onun ağlına bunu ilqa edirdi.”

حدثني محمد بن قولويه، قال حدثني سعد بن عبد الله، قال حدثنا يعقوب بن يزيد و محمد بن عيسى، عن ابن أبي عمير، عن هشام بن سالم، قال :سمعت أبا عبد الله (عليه السلام) يقول و هو يحدث أصحابه بحديث عبد الله بن سبإ و ما ادعى من الربوبية في أمير المؤمنين علي بن أبي طالب، فقال إنه لما ادعى ذلك فيه استتابه أمير المؤمنين (عليه السلام) فأبى أن يتوب فأحرقه بالنار
Mənə Məhəmməd ibn Qavlaveyh rəvayət etdi, dei ki: mənə Səd ibn Abdullah rəvayət etdi, dedi ki: Yaqub ibn Yezid və Məhəmməd ibn İsa mənə İbni Əbu Umeyr’dən, o da Hişam ibn Salim’dən rəvayət etdi, dedi ki: Əbu Abdullah (imam Cəfər əs-Sadiq ə.s.)’ın, Abdullah ibn Səbə və onun Möminlərin Əmiri Əli ibn Əbu Talib haqqındakı tanrılıq iddiası etməsilə əlaqədar belə dediyini eşitdim: “ O belə bir iddiada olanda Möminlərin Əmiri ə.s. onun tövbə etməsini istədi amma o tövbə etməkdən imtina etdi, məhz buna görə imam onu alova atıb yandırdı.”

حدثني محمد بن قولويه، قال حدثني سعد بن عبد الله، قال حدثنا يعقوب بن يزيد و محمد بن عيسى، عن علي بن مهزيار، عن فضالة بن أيوب الأزدي، عن أبان بن عثمان، قال : سمعت أبا عبد الله (عليه السلام) يقول لعن الله عبد الله بن سبإ إنه ادعى الربوبية في أمير المؤمنين (عليه السلام) و كان و الله أمير المؤمنين (عليه السلام) عبدا لله طائعا، الويل لمن كذب علينا و إن قوما يقولون فينا ما لا نقوله في أنفسنا، نبرأ إلى الله منهم نبرأ إلى الله منهم
Mənə Məhəmməd ibn Qavlaveyh rəvayət etdi, dedi ki: mənə Səd ibn Abdullah rəvayət etdi, dedi ki: Yaqub ibn Yəzid və Məhəmməd ibn İsa mənə Əli ibn Məhziyar’dan, o Fudalə ibn Əyyub’dan, o da Əban ibn Osman’dan rəvayət etdi, dedi ki: Əbu Abdullah (imam Cəfər Sadiq ə.s.)’ın, belə dediyini eşitdim: Allah Abdullah ibn Səbə’yə lənət etsin, o Möminlərin Əmiri ə.s. haqqında tanrılıq iddiasında oldu. Hansı ki, Allaha and olsun ki, Möminlərin Əmiri (İmam Əli ə.s.) Allah’a könüldən qulluq və ibadət edərdi. Əleyhimizdə yalan söyləyənə təəssüflər olsun. Bəzi kimsələr, bizim söyləmədiyimiz şeyləri bizim haqqımızda söyləyirlər. Biz onlardan təbərri edirik, biz onlardan təbərri edirik.

و بهذا الإسناد، عن يعقوب بن يزيد، عن ابن أبي عمير. و أحمد بن محمد بن عيسى، عن أبيه و الحسين بن سعيد، عن ابن أبي
عمير عن هشام بن سالم، عن أبي حمزة الثمالي، قال : قال علي بن الحسين (عليه السلام) لعن الله من كذب علينا، إني ذكرت عبد الله بن سبإ فقامت كل شعرة في جسدي، لقد ادعى أمرا عظيما ما له لعنه الله، كان علي (عليه السلام) و الله عبدا لله صالحا، أخو رسول الله (صلى الله عليه وآله وسلم) ما نال الكرامة من الله إلا بطاعته لله و لرسوله، و ما نال رسول الله (صلى الله عليه وآله وسلم) الكرامة من الله إلا بطاعته
Əvvəlki isnad ilə Yaqub ibn Yezid’dən, o İbni Əbu Umeyr’dən və Əhməd ibn Məhəmməd ibn İsa’dan, o atasından, və Hüseyn ibn Səid’dən, o  İbni Əbu Umeyr’dən bunların hamısını Hişam ibn Salim’dən, o da Əbu Həmzə Somali’dən rəvayət etdi, dedi ki: Əli ibn Hüseyn (İmam Səccad ə.s.) dedi ki: “ Əleyhimizə yalan uyduranlara Allah lənət etsin. Mən Abdullah ibn Səbə’ni xatırladım, bədənimdəki hər tük biz-biz oldu. Haqqı olmayan böyük bir iddiada oldu, Allah ona lənət etsin. Andolsun Allah’a ki, Əli ə.s. Allah’a salih bir qul olaraq ibadət edərdi. Rəsulullah s.ə.ə.’in qardaşı idi, Allah’a və rəsuluna itaət edərək kəramətə nail oldu, Allah rəsulu da Allah’a itaət edərək kəramətə nail oldu.”

و بهذا الإسناد، عن محمد بن خالد الطيالسي، عن ابن أبي نجران، عن عبد الله، قال،: قال أبو عبد الله (عليه السلام) إنا أهل بيت صديقون لا نخلو من كذاب يكذب علينا و يسقط صدقنا بكذبه علينا عند الناس، كان رسول الله (صلى الله عليه وآله وسلم) أصدق الناس لهجة و أصدق البرية كلها، و كان مسيلمة يكذب عليه، و كان أمير المؤمنين (عليه السلام) أصدق من برأ الله بعد رسول الله و كان الذي يكذب عليه و يعمل في تكذيب صدقه و يفتري على الله الكذب عبد الله بن سبإ
Əvvəlki isnad ilə Məhəmməd ibn Xalid ət-Tayalisi’dən, o ibni Əbu Nəcran’dan, o Abdullah’dan, o da Əbu Abdullah (İmam Cəfər əs-Sadiq ə.s.)’dan rəvayət etdi, dedi ki: “Biz Əhli Beyt siddiqlərik, daim əleyhimizdə yalan danışanlar olur. Onların əleyhimizdə yalan sözlər uydurması ilə xalqın yanında sədaqətimiz zədələnir. Rəsulullah s.ə.ə. xalqın ən doğru danışanı və bütün insanların ən doğru sözlüsü idi. (bununla birlikdə) Museyləmə, O’nun əleyhində yalan danışırdı. Möminlərin Əmiri (İmam Əli ə.s.), Rəsulullah s.ə.ə.’dan sonra, Allah’ın yaratdıqlarının ən doğru danışanı idi, (bununla birlikdə) Abdullah ibn Səbə, O’nun əleyhində yalan danışırdı, onun doğru sözlülüyünü yalanlamaq üçün çalışırdı və Allah’a iftira atırdı.

Kəşşi r.ə., “Rical”, 2/106-108, hədis 170-174

Kəşşi r.ə.’nin burada rəvayət etdiyi hədislərdən (hədis 170) və sonuncu (hədis 174) zəifdirlər. Birinci hədisin sənədində qırmızı ilə işarələdiyimiz 2 ravi yəni Məhəmməd ibn Osman əl-Ubeydi və Abdullah ibn Sinan’ın atası məchuldur. Sonuncu (174-cü) hədisin sənədində isə qırmızı ilə işarələdiyim ravi Məhəmməd ibn Xalid ət-Tayəlisi vardır və o da məchuldur. Şeyx Cövhəri onun haqqında deyir ki:

محمد بن خالد بن عمر: الطيالسي التميمي أبو عبد الله – مجهول
Məhəmməd ibn Xalid ibn Ömər ət-Tayəlisi ət-Təmimi, Əbu Abdullah, məchuldur.

Cövhəri, “Müfid min mucəm ricalil-hədis”, səhifə 524, 10717-ci ravi

digər üç hədis (171, 172, 173) isə səhih’dir. 171-ci hədis 2 dəyişik səhih sənəd, 172-ci hədis yenə 2 dəyişik səhih sənəd və 173-cü hədis 3 dəyişik səhih sənəd ilə rəvayət edilmişdir ki, bunlar toplam 7 səhih sənəd edir. 7 səhih sənəd ilə imamlar ə.s.’dan Abdullah ibn Səbə’nin Hz. Əli ə.s.’ın tanrılığını iddia etdiyi, İmam Əli ə.s.’ın bu səbəbdən onu tövbəyə dəvət etdiyi, tövbəyə yanaşmayınca yandırdığı rəvayət edilmişdir. Dolayısı ilə gerçək İbni Səbə  hekayəsində bu şəxsin Osman zamanında ortaya çıxması, insanları Osman əleyhinə qaldırması, Cəməl və Siffeyn döyüşlərinə müdaxilə etməsi, İmam Əli ə.s.’ın vəsiliyini iddia etməsi, rəcat fikrini ortaya atması və s. kimi şeylər mövcud deyildir. Gerçək hekayə bu şəxsin Hz. Əli ə.s. haqqında tanrılıq iddiasında olması və imam ə.s.’ın onu öldürməsi şəklindədir. Belə ki, nasibi tarixçilərdən İbni Əsakir də bu mövzuda rəvayətlər rəvayət etmişdir, İbni Əsakir deyir ki:

أخبرنا أبو البركات الأنماطي أنا أبو طاهر أحمد بن الحسن وأبو الفضل أحمد بن الحسن قالا أنا عبد الملك بن محمد بن عبد الله أنا أبو علي بن الصواف نا محمد بن عثمان بن أبي شيبة نا محمد بن العلاء نا أبو بكر بن عياش عن مجالد عن الشعبي قال أول من كذب عبد الله بن سبأ
Mənə Əbul Bərəkət əl-Ənmati xəbər verdi, dedi ki: Mənə Əbu Tahir və Əbul Fəzl rəvayət etdilər, dedilər ki: bizə Əbdulməlik ibn Məhəmməd rəvayət etdi, dedi ki: Mənə Əbu Əli ibn Səffav rəvayət etdi, dedi ki: Mənə Məhəmməd ibn Osman ibn Əbu Şeybə rəvayət etdi, dedi ki: Mənə Məhəmməd ibn Əla rəvayət etdi, dedi ki: Əbu Bəkir ibn Əyyaş mənə Məcaləd’dən, o da Şaabi’dən rəvayət etdi, dedi ki: “ilk yalan söyləyən Abdullah ibn Səbə’dir.”

قرأنا على أبي عبد الله يحيى بن الحسن عن أبي الحسين بن الآبنوسي أنا أحمد بن عبيد بن الفضل وعن أبي نعيم محمد بن عبد الواحد بن عبد العزيز أنا علي بن محمد بن خزفة قالا نا محمد بن الحسن نا ابن أبي خيثمة نا محمد بن عباد نا سفيان عن عمار الدهني قال سمعت أبا الطفيل يقول رأيت المسيب بن نجبة أتى به ملببة يعني ابن السوداء وعلي على المنبر فقال علي ما شأنه فقال يكذب على الله وعلى رسوله
Əbu Abdullah Yəhya ibn Həsən’ə Əbul Hüseyn ibn əl-Əbnus’dan belə dediyini qiraət etdim: Mənə Əhməd ibn Ubeyd və Əbu Nuaym rəvayət etdilər, dedilər ki: Mənə Əli ibn Məhəmməd rəvayət etdi, dedi ki: Mənə Məhəmməd ibn Həsən rəvayət etdi, dedi ki: Mənə İbni Əbu Heysəmə rəvayət etdi, dedi ki: Əbu Tufeyl’in belə dediyini eşitdim: Əli minbərdə olduğu zaman Müseyyib ibn Nəcbə ilə İbni Sevda’nın məscidə girdiklərini gördüm. Əli onlara dedi ki: “Sizin bu halınız nədir?”. Müseyyib dedi ki: “bu Allah və Rəsulu üzərinə yalan söyləyir”

أخبرنا أبو القاسم يحيى بن بطريق بن بشرى وأبو محمد عبد الكريم بن حمزة قالا أنا أبو الحسن بن مكي أنا أبو القاسم المؤمل بن أحمد بن محمد الشيباني نا يحيى بن محمد بن صاعد نا بندار نا محمد بن جعفر نا شعبة عن سلمة عن زيد بن وهب عن علي قال ما لي ومال هذا الحميت الأسود
Mənə Əbul Qasim Yəhya və Əbu Məhəmməd Əbdülkərim xəbər verdilər, dedilər ki: Mənə Əbul Həsən ibn Məkki rəvayət etdi, dedi ki: Mənə Əbul Qasim Mumil ibn Əhməd rəvayət etdi, dedi ki: Mənə Yəhya ibn Məhəmməd rəvayət etdi, dedi ki: Mənə Bəndar rəvayət etdi, dedi ki: Mənə Məhəmməd ibn Cəfər rəvayət etdi, dedi ki: Şöbə mənə Səlmə’dən, o Zeyd ibn Vəhb’dan, o da Əli’dən rəvayət etdi, dedi ki: “Mən bu qaradərilidən uzağam”.

قال ونا يحيى بن محمد نا بندار نا محمد بن جعفر نا شعبة عن سلمة قال قال سمعت أبا الزعراء يحدث عن علي عليه السلام قال ما لي ومال هذا الحميت الأسود
Yəhya ibn Məhəmməd rəvayət etdi, dedi ki: Mənə Bəndar rəvayət etdi, dedi ki: Mənə Məhəmməd ibn Cəfər rəvayət etdi, dedi ki: Şöbə mənə Səlmə’dən rəvayət etdi, dedi ki: Əbu Zəra’nın Əli ə.s.’dan belə rəvayət etdiyini eşitdim: “Mən bu qaradərilidən uzağam”

أخبرنا أبو محمد بن طاوس وأبو يعلى حمزة بن الحسن بن المفرج قالا أنا أبو القاسم بن أبي العلاء أنا أبو محمد بن أبي نصر أنا خيثمة بن سليمان نا أحمد بن زهير بن حرب نا عمرو بن مرزوق أنا شعبة عن سلمة بن كهيل عن زيد قال قال علي بن أبي طالب ما لي ولهذا الحميت الأسود يعني عبد الله بن سبأ وكان يقع في أبي بكر وعمر
Mənə Əbu Məhəmməd ibn Tavus və Əbu Yəla Həmzə ibn Həsən xəbər verdilər, dedilər ki: Bizə Əbul Qasim ibn Əbu Əla xəbər danışdı, dedi ki: Mənə Əbu Məhəmməd ibn Əbu Nasr rəvayət etdi, dedi ki: Mənə Heysəmə ibn Süleyman rəvayət etdi, dedi ki: Mənə Əhməd ibn Züheyr ibn Harb danışdı, dedi ki: Əmr ibn Mərzuq mənə Şöbə’dən, o Səlmə’dən, o Zeyd ibn Vəhb’dən, o da Əli’dən rəvayət etdi, dedi ki: “Mən bu qaradərilidən yəni Abdullah ibn Səbadan uzağam” və Əbu Bəkir ilə Ömər’ə söyərdi.

İbni Əsakir, “Tarixi-Dəməşq”, 29/7-8

İbni Əsakir’in burada rəvayət etdiyi 3 hədisdir ki, bunlardan birincisi zəifdir. Çünki bu ilk hədisin sənədində qırmızı ilə işarələdiyimiz 2 ravi, Məhəmməd ibn Osman ibn Əbu Şeybə və Məcaləd ibn Səid vardır və bunların hər ikisi nasibi rical alimləri tərəfindən cərh edilmişdirlər. İkinci, “bu Allah və Rəsulu haqqında yalan danışır” hədisinin sənədi nasibi ricalına görə səhihdir; üçüncü, “mən bu qaradərilidən uzağam” hədisi isə 3 sənəd ilə rəvayət edilmişdir ki, bu isnadlardan ilk ikisi səhih, üçüncüsü isə munqatıdır. Çünki ravi Əbu Məhəmməd ibn Əbu Nəsr hicri 524-cü ildə dünyaya gəlmişdir (baxın: əz-Zəhəbi, “Siyər”, 22/31 ) hədisi özündən rəvayət etdiyi Heysəmə ibn Süleyman isə hicri 340-cı ildə vəfat etmişdir. Yəni arada 200 ilə yaxın fərq vardır. Geriyə qalan 2 hədis isə dediyimiz kimi səhihdir, lakin bu hədislərin heç birisi İbni Səbə’ni Seyf ibn Ömər’in nağıllarındakı kimi rəvayət etməmişdir. Əksinə bu 2 hədisdə onun Allah və Rəsulu s.ə.ə. haqqında yalan söylədiyi və Hz. Əli ə.s.’ın ondan təbərri etdiyi bildirilməkdədir ki, bu Kəşşi r.ə.’in imamlar ə.s.’dan rəvayət etdiyi hədislərlə örtüşməkdədir.

 

3. Nəticə: bu araşdırmamızda İmam Əli ə.s.’ın vəsiliyini iddia edən İbni Səbə’nin uydurma bir insan olduğunu, bu mövzu haqqında heç bir səhih isnad mövcud olmadığını, bunu iddia edənin sadəcə zındıq və yalançı Seyf ibn Ömər olduğunu, bunun müqabilində həqiqi İbni Səbə’nin İmam Əli ə.s.’ın tanrılığını iddia etdiyini həm İslami/Şiə və həm də nasibi mənbəli səhih hədislərlə isbatladıq. İndi çalışmamızın bir xülasəsi olaraq Seyf ibn Ömər nağılı ilə həqiqi tarixi əhvalatı qarşılaşdırırıq.

1. Seyf ibn Ömər rəvayətində Abdullah ibn Səbə Osman ibn Əffan’ın krallığının sonuna doğru ortaya çıxmışdır. Seyf ibn Ömər’ə çatmayan səhih hədislərdə isə Abdullah ibn Səbə İmam Əli ə.s.’ın xilafəti zamanı Kufə’də ortaya çıxmışdır.

2. Seyf ibn Ömər rəvayətində Osman ibn Əffan əleyhində xalqı təhrik edən Abdullah ibn Səbə’dir, Seyf ibn Ömər’ə çatmayan səhih hədislərdə isə bu mövzuda bir məlumat olmamaqla birlikdə bunu inkar edən faktlar mövcuddur. Çünki Seyf ibn Ömər’ə çatmayan bu səhih hədislər Abdullah ibn Səbə’nin Əli ə.s.’ın xilafəti zamanı ortaya çıxdığını söyləməktədirlər. İmam Əli ə.s. isə Kufə’yə ancaq Osman’ın öldürülməsi, özünün xəlifə olması və Cəməl döyüşündən sonar gəlmişdir.

Əlavə olaraq İslam tarixindən səhih olaraq əldə etdiyimiz məlumatlara görə Osman ibn Əffan’ın qatilləri rəhbərliyini səhabə və tabeinlərin etdiyi İslam ümməti idi və öldürülməsinin tək səbəbi də Osman’ın öz xətaları idi. Və bu hadisələrdə Abdullah ibn Səbə’nin adı belə keçmirdi, baxın:  Osman ibn Əffanın öldürülməsi

3. Seyf ibn Ömər rəvayətində Abdullah ibn Səbə İmam Əli ə.s.’ın vəsiliyini, rəcat edəcəyini söyləmiş, 3 Qureyş kralına söyərək onları təkfir etmiş ilk insandır, bunun müqabilində Əli ə.s. onu öldürmək istəmiş, lakin dostlarının etirazından sonra sürgün etmişdir. Seyf ibn Ömər’ə çatmayan səhih hədislərdə isə Abdullah ibn Səbə İmam Əli ə.s.’ın tanrılığını iddia etmiş, Əli ə.s. onu tövbəyə dəvət etmiş, tövbə etmədikdə yandırmışdır. Əlavə olaraq Sünni və Şiə qaynaqlarında Rəsulullah s.ə.ə., Əhli Beyt imamları ə.s. və səhabələr r.ə.’dən İmam Əli ə.s.’ın Rəsulullah s.ə.ə.’in vəsisi olduğu səhih olaraq rəvayət edilmişdir. Yenə, Rəcat əqidəsi də həm Kitabi Şərif və həm də Sünnəti Nəbəvi s.ə.ə. ilə sabitdir, baxın: Rəcat

Araşdırmamızın nəticəsi olaraq əldə etdiyimiz məlumata görə Abdullah ibn Səbə Kufə’də ortaya çıxmış, İmam Əli ə.s.’ın tanrılığını iddia etmiç və İmam Əli ə.s. tərəfindən öldürülmüş məlun bir insandır. Abdullah ibn Səbə’yə isnad edilən insanları Osman ibn Əffan’a qarşı təhrik etmə, İmam Əli ə.s.’ın vəsiliyini və rəcat edəcəyini iddia etməsi, səhabələri söyərək təkfir etmə kimi hərəkətlər uydurma və yalan olub Seyf ibn Ömər adlı yalançı və zındıq bir insandan qaynaqlanmaqdadır.

Vəlhəmdulillahi Rabbil Aləmin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma