İmam Əli (ə.s) xəlifə olduğu zaman Fədəyi niyə geri almayıb ?


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Bilindiyi kimi Fədək Hz. Fatimə s.ə.’nın şəxsi mülkü idi və bu mülk Allah c.c.’nın İsra 25 əmri ilə Nəbi s.ə.ə. tərəfindən Hz. Fatimə s.ə.’ya verilmişdir. Belə ki, məzkur ayənin təfsiri zamanı İslam/Şiə və Sünni qaynaqlı səhih hədislər işığında bu mövzunu ələ almışdıq, baxın: İsra 26-cı ayənin təfsiri

Lakin daha sonra qəsbi Qüreyş hökuməti İmam Əli ə.s. və tərəfdarlarının r.ə. maddi vəziyyətini zəiflətmək məqsədi ilə Fədəy’i də qəsb etmişdir. Burada nasibilərin ortaya atdığı bir şübhə var, bütün bu səhih hədisləri görməzdən gələrək, “Əgər Fədək Hz. Fatimə’nin mülkü olub hökumət tərəfindən qəsb edilmişdirsə o zaman niyə Hz. Əli xəlifə olduğu zaman Fədəy’i geri amadı?” deyirlər. Biz İnşəAllah bu şübhəyə səhih hədislərlə cavab verəcəyik.

1 2

Rəsimdə gördüyünüz Şeyx Səduq r.ə. ’nin “İləluş Şərai” adlı kitabıdır, işarələdiyim yerdə bu ifadələr var:

حدثنا أحمد بن علي بن إبراهيم بن هاشم رحمه الله قال حدثنا أبي، عن أبيه إبراهيم بن هاشم، عن محمد بن أبي عمير، عن إبراهيم الكرخي قال: سألت أبا عبد الله ” ع ” فقلت له لأي علة ترك علي بن أبي طالب ” ع ” فدك لما ولى الناس فقال: للاقتداء برسول الله صلى الله عليه وآله لما فتح مكة وقد باع عقيل بن أبي طالب داره فقيل له يا رسول الله ألا ترجع إلى دارك؟ فقال صلى الله عليه وآله وهل ترك عقيل لنا دارا إنا أهل بيت لا نسترجع شيئا يؤخذ منا ظلما. فلذلك لم يسترجع فدك لما ولى
Mənə Əhməd ibn Əli ibn İbrahim rəvayət etdi, dedi ki: atam mənə atası İbrahim ibn Haşim’dən, o Məhəmməd ibn Əbu Umeyr’dən, o da İbrahim əl-Kərhi’dən rəvayət etdi, dedi ki: Əbu Abdullah (imam Cəfər əs-Sadiq ə.s.) ’dan soruşdum və dedim ki : Möminlərin Əmiri (imam Əli ə.s.) millətin hakimi olduqdan sonra niyə Fədəy’i geri almadı ? İmam ə.s. dedi ki: “o bu mövzuda Rəsulullah s.ə.ə. ’ə iqtida etmişdir. Rəsulullah s.ə.ə. Məkkə’ni Fəth etdiyi zaman Aqil ibn Əbu Talib onun evini satmışdı, deyildi ki: “ya Rəsulullah s.ə.ə. evinə dönməyəcəksən ?” Rəsulullah s.ə.ə. dedi ki: “Aqil bizə ev qoydu ki?” Biz Əhli Beyt bizdən zülm ilə alınanları geri almarıq, buna görə Əli ə.s. xəlifə olduğu zaman Fədəy’i almadı”

حدثنا أحمد بن الحسن القطان، قال: حدثنا أحمد بن محمد بن سعيد الهمداني، قال: حدثنا علي بن الحسن بن علي بن فضال عن أبيه عن أبي الحسن الرضا عليه السلام قال: سألته عن أمير المؤمنين عليه السلام لم لم يسترجع فدك لما ولي أمر الناس؟ فقال: لأنا أهل بيت إذا ولينا الله عز وجل لا يأخذ لنا حقوقنا ممن ظلمنا إلا هو ونحن أولياء المؤمنين إنما نحكم لهم ونأخذ لهم حقوقهم ممن يظلمهم ولا نأخذ لأنفسنا
Mənə Əhməd ibn Həsən əl-Kəttan rəvayət etdi, dedi ki: Mənə Əhməd ibn Məhəmməd ibn Səid əl-Həmədani rəvayət etdi, dedi ki: Əli ibn Həsən ibn Əli ibn Fəzzəl mənə atasından rəvayət etdi, dedi ki: Əbul Həsən ər-Riza ə.s.’a dedim ki: “Möminlərin Əmiri (imam Əli ə.s.) millətin hakimi olduqdan sonra niyə Fədəy’i geri almadı ?” İmam ə.s. belə buyurdu: “Biz elə bir Əhli Beyt’ik ki, Allah Təala’nın özü bizi vəli qılmışdır və bizim haqqımızı da ondan başqası zalimlərdən ala bilməz. Bizlər də, möminlərin vəlisiyik. Onlar üçün hökm edən və onların haqlarını zalimlərdən alanıq; amma öz haqqımızı zalimlərdən almarıq.”

Şeyx Səduq r.ə, “İləluş Şərai”, 1/155, 124-cü bab, hədis 2-3

Hər iki hədisin sənədində yer alan ravilər siqa (güvəniən) və isnadları müttəsildir. İlk hədis səhih, ikinci hədis isə sənədində yer alan Əhməd ibn Məhəmməd ibn Səid əl-Həmədani və Əli ibn Həsən ibn Əli əl-Fəddal səbəbindən müvəssəqdir. Çünki Əhməd ibn Məhəmmdə ibn Səid əl-Həmədani zeydi, Əli ibn Həsən ibn Əli əl-Fəddal isə fətəhi məzhəbinə mənsub amma siqa (güvənilən) ravilərdir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma