Hud surəsi 17-ci ayənin təfsiri


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Əziz bacı və qarşdalar, bilindiyi kimi Quranda Əhli Beyt a.s ilə əlaqədar olaraq nazil olmuş və yaxud müəyyən bir hadisə ilə bağlı olaraq nazil olmağına baxmayaraq içərisində Əhli Beyt a.s-a işarə edilmiş olan ayələr vardır. məsumlar a.s-dan nəql olunan hədislərdə belə ayələrin Quranın 1/4-ni təşkil etdiyi nəql olunmuşdur. sünnü mənbələrdə də həmçinin ibni Abbas r.a-dan Quranda imam Əli a.s haqqında 300-dən çox ayə olduğu nəql edilmişdir. belə ayələrdən biri Hud surəsinin 17-ci ayəsidir. Allah azzə və cəllə bu ayədə buyurur:

Oxumağa davam et

Mübahilə ayəsi


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Dəyərli bacı və qardaşlar, inşəAllah bu başlıq altında Kitabı Şərif və Sünnəti Nəbəvi s.ə.ə ilə Al-i Muhəmməd s.ə.ə-in heç kimin çata bilməyəcəyi bir fəzilətini daha sizlərə təqdim edəcəyik. Bu fəzilət Mübahilə ayəsi dediyimiz Ali İmran surəsinin 61-ci ayəsindədir. Allah c.c ayədə buyurur:

فَمَنْ حَاجَّكَ فِيهِ مِنْ بَعْدِ مَا جَاءَكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْا نَدْعُ أَبْنَاءَنَا وَأَبْنَاءَكُمْ وَنِسَاءَنَا وَنِسَاءَكُمْ وَأَنْفُسَنَا وَأَنْفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَلْ لَعْنَتَ اللَّهِ عَلَى الْكَاذِبِينَ
Sənə bilik gəldikdən sonra kim səninlə (İsanın) barəsində mübahisə edərsə, de: “Gəlin oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, nəfsimizi və nəfsinizi çağıraq, sonra isə dua edib yalançılara Allahın lənət etməsini diləyək

Al-i İmran surəsi 61-ci ayə

bu ayədə “oğullarımızı” sözü ilə Hz. Həsən və Hz. Hüseyin, “qadınlarımızı” sözü ilə Hz. Fatimə s.a, “nəfsimizi” sözü ilə isə Rəsulullah s.a.a və imam Əli a.s nəzərdə tutulmuşdur. bu ayənin təfsiri haqqında İslami/Şiə və Sünnü mənbələrdə imamlar a.s və səhabələr r.a-dan bir çox hədis rəvayət edilmişdir.

Oxumağa davam et

Əhli beyt (ə.s) məktəbində adil sayılan səhabələr


Araşdırmalar nəticəsində səhabələrin üç qismə bölünməsi bəlli olur:

1. Ədaləti sabit olmuş səhabələr (Əbuzər, Miqdad, Salman Farsi, Əmmar Yasir və s.)
2. Zülmü və fasiqliyi sabit olmuş səhabələr. (Vəlid ibn Uqbə və s.)
3. Məçhul olan səhabələr. (və s.)  Səhabələrin çoxluğunu məçhul səhabələr təşkil edir.

Aşağıda Ayətullah Şeyx Usamə Ali Şeyx Bilal Nəcəfinin adil səhabələr barədə araşdırması (onların adları) təqdim olunur: Oxumağa davam et

Abdullah ibn Səba: hədislər işığında araşdırma


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Bilindiyi kimi nasibilər tərəfindən İslam tarixində təhrif edilmiş hadisələrdən biri də Abdullah ibn Səba hekayəsidir. Belə ki, nasibilər bu hekayəni Seyf ibn Ömər kimi zındıqlar sayəsində təmamən təhrif etmiş, təhrif edib quraşdırdıqları nağıllara əsaslanaraq Şiəliyi Abdullah ibn Səba adlı bir yəhudinin qurmuş olduğu iftirasını atmaqdadırlar. Bu iftiranın əsassız və pis bir uydurma olduğunu müsəlmanlarla/şiələrlə nasibilərin ixtilaf etdiyi hər mövzuda birbaşa nasibilərə öz qaynaqlarından dəlillər təqdim etməsi belə sübuta yetirməkdədir. Lakin biz hər mövzuya mövzunun öz daxilində cavab verməyi gərək gördüyümüz üçün bu mövzu haqqında bir iş gördük.

Oxumağa davam et

İmam Əli (ə.s) xəlifə olduğu zaman Fədəyi niyə geri almayıb ?


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Bilindiyi kimi Fədək Hz. Fatimə s.ə.’nın şəxsi mülkü idi və bu mülk Allah c.c.’nın İsra 25 əmri ilə Nəbi s.ə.ə. tərəfindən Hz. Fatimə s.ə.’ya verilmişdir. Belə ki, məzkur ayənin təfsiri zamanı İslam/Şiə və Sünni qaynaqlı səhih hədislər işığında bu mövzunu ələ almışdıq, baxın: İsra 26-cı ayənin təfsiri

Lakin daha sonra qəsbi Qüreyş hökuməti İmam Əli ə.s. və tərəfdarlarının r.ə. maddi vəziyyətini zəiflətmək məqsədi ilə Fədəy’i də qəsb etmişdir. Burada nasibilərin ortaya atdığı bir şübhə var, bütün bu səhih hədisləri görməzdən gələrək, “Əgər Fədək Hz. Fatimə’nin mülkü olub hökumət tərəfindən qəsb edilmişdirsə o zaman niyə Hz. Əli xəlifə olduğu zaman Fədəy’i geri amadı?” deyirlər. Biz İnşəAllah bu şübhəyə səhih hədislərlə cavab verəcəyik.

Oxumağa davam et

Nəbi (s): “Allah (c.c) Bəni-Haşimi seçmişdir”


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Dəyərli qardaş və bacılarımız, bilindiyi kimi müsəlmanların inancına görə Allah c.c. Əfəndimiz s.ə.ə. ’in mənsub olduğu Bəni Haşim qaəbiləsini seçmiş və üstün qılmışdır. İnşəAllah bu fəaliyyətimizdə bu mövzu haqqında Sünnəti Nəbəvi s.ə.ə. ’dən olan dəlilləri sizlərlə paylaşacağız. Çalışmada təqdim edəcəyim qaynaqlar alkafi.net saytında, İraq’dan “Cabirul Yəmani” nicki ilə yazan qardaşımıza aiddir. Yazının əsli bu linkdə: http://www.alkafi.net/vb/showthread.php?t=3558

Oxumağa davam et

Aişə’nin İmam Həsən ə.s’ın Rəsulullah s.ə.ə.’ın yanında dəfninə mane olması


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Aişə binti Əbu Bəkirin başda Hz. Əli omaqla Əhli Beyt fərdlərinə ə.s. qarşı olan kini İslam tarixindən azacıq məlumatı olan hər kəsə bəllidir. Aişənin bu kini Hz. Həsən ə.s.-ın dəfni zamanı bir daha açıqca özünü göstərmişdir. İmam Hüseyn qardaşı Hz. Həsən ə.s.-ı Rəsulullahın yanına dəfn etmək istədiyi zaman Aişə Əməvilərdən Mədinə hakimi Mərvan ibn Həkəm və adamlarının yardımı ilə onlara qarşı çıxmış və Hz. Həsən ə.s.-ın dəfninə mane olmuşdur. İndi bu tarixi hadisəni sənədli bir şəkildə sizinlə paylaşacağıq. Paylaşım zamanı verdiyimiz məlumatların bir qismi alkafi.net saytında “Hafidul Kuds” nicki ilə yazan qardaşımıza aiddir. “Hafidul Kuds” qardaşın çalışmasının original linki http://www.alkafi.net/vb/showthread.php?t=88

Oxumağa davam et