İmam Əli (ə): “Zülqərneyn (ə) kimisi sizin aranızda vardır.”


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Rəcət inancı Quran və Sünnəti Nəbəvi (s.a.a)-in ortaya qoyduğu səhih İslam əqidəsinin bir parçasıdır və bu mövzuda heç bir şübhəyə yer yoxdur. Çünki Quran və Sünnəti Nəbəvi (s.a.a) ilə sabit olan bir şeydə şübhə ola bilməz. İnşallah bu yazımızda imamlar (ə.s)-dan Hz. Zülqərneyn (ə.s)-ın xüsusiyyəti ilə əlaqədar səhih olaraq rəvayət edilən bir hədisi köçürəcəyik ki, bu hədisdə imamlar (ə)-ın rəcət edəcəyinə bağlı dəlil var. Haqqında danışdığımız bu hədis həm şiə və həm də sünni qaynaqlarında səhih sənəd ilə rəvayət edilmişdir.

1. Şiə mənbələrində: Şiə üləmasından İbn Babaveyh əl-Qummi, onun oğlu Şeyx Səduq, Məhəmməd b. Məsud əl-Əyyaşi və Ravəndi bu hədisi rəvayət etmişdirlər.

Şəkildə gördüyünüz Şeyx ibni Babaveyh əl-Qummi (r.ə)-in “Əl-imamə vət-Təbsira” adlı kitabıdır, işarələnmiş yerdə bu ifadələr var:

سعد بن عبد الله ، عن أحمد بن محمد بن عيسى ، عن علي بن النعمان ، عن هارون بن خارجة ، عن أبي بصير ، عن أبي جعفر عليه السلام قال : إن ذا القرنين لم يكن نبيا ، ولكنه كان عبدا صالحا أحب الله فأحبه الله ، وناصح لله فناصحه الله ، أمر قومه بتقوى الله ، فضربوه على قرنه ، فغاب عنهم زمانا ، ثم رجع إليهم ، فضربوه على قرنه الآخر ، وفيكم من هو على سنته
…Əbu Bəsir Əbu Cəfər (imam Baqir (ə))-dən belə rəvayət etdi: “Zülqəneyn peyğəmbər deyil, lakin saleh bir qul idi, o Allahı, Allah da onu sevərdi; o Allaha və Allah da ona kömək edərdi. Qövmünü Allah təqvasına dəvət etdi, onu başından vurdular və öldü. Sonra onlara rəcət etdi, yenə başından vurdular və öldü, sizin aranızda da bu sünnə üzrə olanlar vardır.”

Əli b. Hüseyn b. Babaveyh Əl-Qummi (r.ə,) “Əl-İmamə vət-Təbsira”, səhifə 121, hədis 116

Bu hədisi Şeyx Səduq (r.ə) “Kəmalud Din”, səhifə 393-də atasından nəqlən, Əyyaşi (r.ə) “Təfsiri Əyyaşi”, 2/339-340-da öz sənədi ilə, Ravəndi (r.ə) “Qisasul Ənbiya”, səhifə 120″-də ibni Babaveyh Əl-Qummiyə qədər öz sənədi ilə ondan sonra isə onun sənədi ilə rəvayət etmişdir. Hədisin bütün raviləri siqə (etibarlı) və isnadı müttəsildir. Şeyx Asif əl-Muhsini bu hədis haqqında deyir:

صحيحة أبي بصير عن الباقر عليه السلام
Səhih olaraq Əbu Bəsir İmam Baqir (ə)-dan rəvayət etmişdir.

Şeyx Asif əl-Muhsini, “Muəşrə Biharul Ənvar”, 1/276

2. Sünni mənbələrində: Əhli-sünnə alimlərindən İbni Əbi Şeybə və Təbəri kimi muhəddislər başda olmaqla bir çoxu bu hədisi öz sənədləri ilə səhabə Əbu Tufeyl (r.a)-dan, o da İmam Əli (ə)-dan rəvayət etmişdirlər.

 

Şəkildə gördüyünüz sünni hədis alimi, Buxari və Müslim başda olmaqla sünnilərin bir çox aliminin müəllimi olan ibni Əbi Şeybənin “Müsənnəf” kitabıdır, işarələdiyimiz yerdə bu ifadələr var:

حدثنا وكيع، عن بسام، عن أبي الطفيل، عن علي، قال: كان رجلا صالحا ناصح الله فنصحه فضرب على قرنه الأيمن فمات فأحياه الله، ثم ضرب على قرنه الأيسر فمات فأحياه الله وفيكم مثله
…Əbu Tufeyl Əli (r.a)-dan belə rəvayət etdi: “Zülqərneyn saleh bir qul idi. O, Allaha səmimiyyətlə bağlanmış, Allah da ona köməkçi olmuşdu. Qövmünü Allaha dəvət etdi, onu alnından vurdular və öldü. Sonra Allah onu diriltdi. Qövmünü yenə Allaha dəvət etdi, yenə alınından vurdular və öldü. Onun kimisi sizin aranızda da vardır.”

İbni Əbi Şeybə, “Musənnəf”, 6/346, hədis 31913

Bu hədisi bir başqa sünni hədis alimi İbni Əbu Asim “Əs-Sünnə”, 2/884-də İbni Əbi Şeybədən nəqlən, hədisin bir bənzərini isə Təbəri “Təfsir ət-Təbəri”, 15/370-də öz sənədi ilə Əbu Tüfeyldən rəvayət etmişdir. Yuxarıda qeyd etdiyimiz ibni Əbi Şeybənin hədisinin sənədində olan bütün ravilər siqə (etibarlı) və isnadı müttəsildır. İndi nasibi rical kitablarından ravilər haqqında məlumat veririk:

Əbu Tufeyl (أبي الطفيل): hədisin ilk ravisidir, səhabədir və nasibilər nəzdində bütün səhabələr ədalətli və etibarlı olduğu üçün haqqında ətraflı məlumat vermirik.

Basim b. Abdullah (بسام بن عبد الله): hədisimizin ikinci ravisidir, etibarlı bir ravidir. Nasibi rical alimi əl-Mizzi onun bioqrafiyasında deyir:

بسام بن عبد الله الصيرفي أبو الحسن الكوفي

Basim b. Abdullah əs-Seyrəfi, (künyəsi) Əbul Həsən, əl-Kufi.

قال إسحاق بن منصور عن يحيى بن معين صالح
وقال عباس عن يحيى ثقة
وقال أبو حاتم صالح الحديث لا بأس به
İshaq b. Mənsur Yəhya b. Maindən dedi: “Salehdir”
Abbas Yəhya b. Maindən dedi ki: “Siqə (etibarlı)dır”
Və Əbu Xatəm dedi ki: “Hədisi salehdir, onda problem yoxdur”

Əl-Mizzi, “Təhzib əl-Kamal”, 4/58-59, 664-cü ravi

Yenə bir başqa nasibi rical alimi olan əz-Zəhəbi onun haqqında deyir:

بسام بن عبد الله الصيرفي عن عكرمة وعطاء وعنه الفريابي وخلاد بن يحيى وجماعة ثقة
Basim b. Abdullah əs-Seyrəfi, İkrəmə və Atadan (rəvayət etmişdir). Ondan isə Fəryabi, Xalid b. Yəhya və camaat (rəvayət etmişdir). Siqə (etibarlı)dır.

Əz-Zəhəbi, “Kəşşaf”, 1/265, 557-ci ravi

Vəqi (وكيع): hədisimizin sonuncu ravisidir, nasibilərə görə etibarlıdır, “Səhihi Buxari” və “Səhihi Müslim” daxil olmaqla kutubu-sittə kitablarında ondan hədis rəvayət edilmişdir. Əz-Zəhəbi onun tərcümeyi-halında geniş şəkildə məlumat verib, mən isə yalnız əz-Zəhəbinin onun üçün istifadə etdiyi ifadələri köçürəcəyəm:

وكيع ( ع )  ابن الجراح ، بن مليح ، بن عدي بن فرس بن جمجمة بن سفيان ، بن الحارث ، بن عمرو ، بن عبيد ، بن رؤاس ، الإمام الحافظ ، محدث العراق أبو سفيان الرؤاسي ، الكوفي ، أحد الأعلام
Vəqi b. Cərrah….. b. Rəvas, imam, hafiz, İraqın muhəddisi, Əbu Süfyan əl-Rəvas əl-Kufi, üləmadır.

Əz-Zəhəbi, “Siyər”, 9/154

Gördüyünüz kimi həm Şiə və həm də sünni qaynaqlarında imamlar (ə)-dan Hz. Zülqərneyn (ə)-ın xüsusiyyəti ilə əlaqədar rəvayət edilən bu hədislərdə Hz. Zülqərneyn (ə)-ın iki dəfə qövmünü Allaha dəvət etdiyi, bu mübarizəsində öldürüldüyü və dünyaya rəcət etdiyi (geri döndüyü) göstərilir. Bu məlumatları verdikdən sonra imamlarımız (ə) “Sizin aranızda da onun kimiləri vardır” deyərək özlərini nəzərdə tutmuşdurlar. Yəni imamlarımız (ə) da Hz. Zülərneyn kimi rəcət edəcəklər.

İmam Əli (ə): “Zülqərneyn (ə) kimisi sizin aranızda vardır.”” üçün bir cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma