İmam Kazım ə.s.: “Hz. Fatimə (s.a.) şəhiddir.”


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Hz. Fatimənin (s.a.) evinə, yəni vəhy evinə, edilən hücum və bu hücum nəticəsində Xanım Fatimənin (s.a.) şəhid edilməsi haqqında işlərimizə davam edirik. Bugünkü işimizdə inşallah Şiə mənbələrindən Hz. Fatimənin (s.a.) şəhadəti haqqında bir o hədisin və o hədisin araşdırmasını sizlərə təqdim edəcəyik.

a1 a2

Şəkildə gördüyünüz Şiə və nasibilərin ittifaq ilə etibarlılığını təsdiq etdiyi, Şeyx Kuleyni (r.a.)ın “əl-Kafi”kitabıdır. İşarələdiyimiz yerdə bu ifadələr var:

محمد بن يحيى، عن العمركي بن علي، عن علي بن جعفر أخيه، أبي الحسن (عليه السلام) قال: إن فاطمة (عليها السلام) صديقة شهيدة وإن بنات الانبياء لا يطمثن
… Əli b. Cəfər qardaşı Əbul Həsəndən (İmam Musa Kazım (ə)) belə rəvayət etmişdir: “Fatimə (s.a.) , Siddiqə və şəhiddir. Nəbilərin qızları, heyz qanını görməzlər.”

Kuleyni, “Əl-Kafi”, 1/458, hədis 2

Bu hədisin isnadı səhihdir,hədisin sənədində iştirak edən bütün ravilər etibarlı və hədisin isnadı da tam, qırılmazdır. İndi inşallah əvvəlcə hədisin ravilərinin haqqında rical kitablarından məlumat verəcək, daha sonra isə hədisin səhhətini təsdiq edən mühəddislərin bir neçəsini zikr edəcəyik…

1. Hədisin raviləri haqqında rical kitablarından məlumat: Bu hədisi Şeyx Kuleyni (r.a.) 3 ravi vasitəsilə İmam Kazımdan (ə) rəvayət etmişdir ki, bu ravilərin hər üçü Şiənin qüruru olan böyük alimlərdir. İndi inşallah onlar haqqında məlumat verəcəyik:

1-1. Əli b. Cəfər (علي بن جعفر): Hədisimizin ilk ravisi olan bu şəxs İmam Cəfər Sadiqin (ə) oğlu və İmam Musa Kazımın (ə) qardaşıdır. İmam Sadiq, İmam Kazım, İmam Rza, İmam Cavad və İmam Hadinin-hamısına minlərlə dəfə salam olsun-ashabındandır. Şeyx Tusi r.ə onun biografiyasında belə deyir:

علي بن جعفر أخو موسى بن جعفر بن محمد بن علي بن الحسين بن علي بن أبي طالب صلوات الله عليهم، جليل القدر ثقة، و له كتاب المناسك
Əli b. Cəfər, Musa b. Cəfər b. Məhəmməd b. Əli b. Hüseyn b. Əli b. Əbu Talib (ə) ın qardaşı, uca məqamlı bir adamdır, siqədir (etibarlıdır).

Şeyx Tusi (r.ə.), “Fihrist”, səhifə 88, 367-ci ravi

Onun haqqında daha çox məlumat ala bilmək üçün bax: Əli b. Cəfər (ə)

1-2. Əmrək b. Əli (العمركي بن علي): Hədisimizin ikinci ravisi və Əli b. Cəfərin (ə) şagirdlərindəndir, Nəcaşi (r.a.) Onun biografiyasında belə deyir:

العمركي بن علي أبو محمد
Əmrək b. Əli (künyəsi) Əbu Muhəmməd

شيخ من أصحابنا ، ثقة
Əshabımızın şeyxlərindəndir,siqədir (etibarlıdır).

Nəcaşi (r.a), “Rical”, səhifə 303, 828-ci ravi

1-3. Məhəmməd b. Yəhya (r.a.) (محمد بن يحيى): Hədisimizin üçüncü ravisi və Kuleyninin (r.a.) şeyxlərindəndir, Nəcaşi (r.a.) onun biografiyasında bu məlumatları verir:

محمد بن يحيى أبو جعفر العطار القمي ، شيخ أصحابنا في زمانه ، ثقة ، عين ، كثير الحديث
Məhəmməd b. Yəhya, Əbu Cəfər əl-Attar əl-Qummi, öz zamanında əshabımızın şeyxi, etibarlı, seçmə və çox hədis rəvayət edəndir.

Nəcaşi (r.a), “Rical”, səhifə 353, 946-cı ravi

Gördüyünüz kimi hədisimizin bütün raviləri etibarlıdır və üləmanın böyüklərindəndir ki, bu qədəri hədisin sihhəti üçün kifayətdir. Ancaq biz hədis haqqında muhaddislerin hökmünü də əlavə etməyi zəruri hesab edirik.

2. Hədisin sihhətini təsdiq edən alimlər: Hədisimizi Şəhidi Sani və Əllamə Məclisi başda olmaq üzrə məktəbin böyük mühəddisləri təsdiq etmişdirlər. İndi onların öz kitablarından hədis haqqındakı hökmlərini köçürürük.

2-1. Şəhidi Sani Həsən Zeynuddin (الشهيد الثاني الحسن بن زين الدين): Şiənin böyük alimlərindəndir, hicri 1011-ci ildə şəhid olmuşdur, haqqında geniş məlumat üçün linkə baxa bilərsiniz:  Şəhidi Sani
Şəhidi Sani (r.a.) bu hədisi “əl-Kafi”dən rəvayət edərkən sihhəti haqqında deyir ki:

صحي
Səhih

Şəhidi Sani (r.ə.), “Müntəqi əl-Cüman”, 1/224

2-2. Şeyx Bəhəddin əl-Amuli (الشيخ ببهاء الدين العاملي):  Şiənin böyük alimlərindən və fəxr qaynaqlarındandır, hicri 1031-ci ildə vəfat etmişdir.

Bu hədisi rəvayət etdikdən sonra hədisin sihhəti haqqında deyir ki:

هذا الحديث لصحة سنده
Bu hədisin sənədi səhihdir.

Şeyx Bəhəddin əl-Amuli (r.ə.), “Məşarik əl-Şəmseyn”, səhifə 324

2-3. Şeyx Məhəmməd Təqi əl-Məclisi (r.a) (الشيخ محمد تقي المجلسي): Şiənin böyük alimlərindəndir, “Bihar əl-Ənvar”ın müəllifi Əllamə II Məclisi (r.ə)ın atasıdır. Şiə dünyasında “I Məclisi” olaraq məşhurlaşmışdır, hicri 1070-ci ildə vəfat etmişdir.

Şeyx I Məclisi (r.a.) bu hədisi Şeyx Səduq (r.ə)ın “Fəqih” kitabının şərhində rəvayət edərkən hədis haqqında deyir:

و في الصحيح
Səhihdir.

I Məclisi (r.ə.), “Rövzətul Muttəfiqin”, 5/342

2-4. Əllamə II Məclisi (r.ə) (العلامة المجلسي):  “Bihar əl-Ənvar” kitabının müəllifi və yuxarıda haqqında məlumat verdiyimiz Şeyx I Məclisinin oğludur, hicri 1111-ci ildə vəfat etmişdir, “əl-Kafi”yə yazdığı şərhdə hədis haqqında deyir:

صحيح
Səhih

II Məclisi (r.ə.), “Miratul-Uqul”, 5/315

2-5. Şeyx Mirzə Cavad Təbrizi  (الميرزا جواد التبريزي):  Üləmanın böyüklərindən və müsəlmanların təqlid mərcelərindəndir. “Siratun-Nəcat” adlı kitabında mövzu haqqında verilən bir suala cavab verərkən bu hədisi “əl-Kafi” dən rəvayət edib və hədisin səhhəti haqqında belə deyir:

بسند معتبر عن الكاظم ع
Kazım (ə)-dan mötəbər isnad ilə rəvayət etmişdir.

Şeyx Təbrizi (r.ə.), “Siratun Nəcat”, 3/440-441

2-6. Seyid Cəfər Mürtəza əl-Amuli (r.a) (السيد جعفر مرتضى العاملي):  Üləmanın böyüklərindən və tədqiqatçı alimlerdendir.Mövzuya aid yazdığı “Zəhra (s.a.)-nın müsibəti” adlı kitabında bu hədisi dəlil olaraq təqdim edir və hədis haqqında bu hökmü verir:

وفي الصحيح
Səhihdir.

Seyyid Cəfər Mürtəza əl-Amuli (r.ə.), “Zəhra (s.a)-nın müsibəti”, 1/100

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma