İmam Mehdinin (ə.f) viladətini etiraf edən əhli-sünnə alimlərindən bəziləri


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Bildiyiniz kimi Şiələr və sünnilər arasında Nəbi (s.a.a.)-in nəslindən 12 imamın olduğu ittifa ilə qəbul edilir və mütəvatir olaraq bilinir. Şiə və sünni arasında bu mövzudaki fərq onların imaməti və bu imamların sonuncusu olan İmam Mehdinin (ə) qeybəti mövzusudur. Belə ki, sünnilər də Şiələr kimi 12-ci imamın dünyaya gəldiyinə inanır, lakin Şiələrdən fərqli olaraq Onun (ə) qeybə çəkildiyini qəbul etmir və Onun (ə) öldüyünü deyirlər. Lakin nasibilər isə bu mövzuda həm Şiələrlə, həm də sünnilərlə müxalifət edərək əslində 12-ci imamın (ə) dünyaya gəlmədiyini və bu mövzunun Şiələr tərəfindən uydurulduğunu iddia edirlər. Əlbəttə ki, onların iddiasının dəyəri yoxdur. Amma biz bu və buna bənzər yalanları nasibilərin öz rical və tarix alimlərinin bəyanları ilə 12-ci imamın dünyaya gəldiiyini sübut edəcəyik. Bu mövzuda kitablarından istifadə edə biləcəyimiz onlarla sünni və nasibi tarix və rical alimi var. Lakin biz bunlardan ən məşhurlarını seçib yazacağıq.

1.İbni Əsir: Əhli-sünnə fikrində böyük rical və tarix alimidir, “Əsədül-Ğabə” adlı rical və “Əl-Kamil fit-Tarix” adlı tarix kitabları məşhurdur. İbni Əsir “Əl-Kamil fit-Tarix” adlı kitabında İmam Həsən əl-Əsgərinin (ə) vəfatı haqqında məlumat verərkən belə deyir:

Şəkildə gördüyünüz ibni Əsirin “Əl-Kamil fit-Tarix” adlı kitabıdır, işarələnmiş yerdə bu ifadələr var:

وهو أبو محمد العلوي العسكري وهو أحد الأئمة الاثني عشر على مذهب الامامية ، وهو والد محمد الذي يعتقدونه المنتظر بسرداب سامرا وكان مولده سنة اثنتين وثلاثين ومائتين
İmamiyyə məzhəbinin on iki imamından biri olan Əbu Məhəmməd əl-Ələvi əl-Əsgəri də bu ildə vəfat etmişdi. O, Samirra sərdabına girən və imamiyyə məzhəbinə görə bir gün zühur edəcəyinə inanılan Məhəmmədin atası idi. İmam əl-Əsgəri 232-ci ildə dünyaya gəlmişdi.

İbni Əsir, “əl-Kamil fit Tarix”, 7/226-228

Mən deyirəm ki,İbni Əsir bu sözləri ilə İmam Mehdinin (ə) dünyaya gəldiyini təsdiq edir.

2. Fəxri ər-Razi: Böyük əhli-sünnə alimidir, “Məfatihul-Ğeyb” adlı təfsir kitabı çox məşhurdur, etiqadda Əşəri, fiqhdə Şafei məzhəbin mənsubdur. “Məfatihul-Ğeyb” kitabında Şiənin imamət haqqında dəlil olaraq təqdim etdiyi ayələrin təfsirində və başqa bir çox yerdə Şiələri söyüb, lənət oxuyur. Bax bu şəxs Nəbinin (s.a.a.) mübarək nəsli haqqında yazdığı kitabda deyir:

Şəkildə gördüyünüz Fəxri ər-Razinin “Şəcərəh Mübarəkə…” adlı kitabıdır, işarələnmiş yerdə bu ifadələr var:

أولاد الإمام العسكري علیھ السلام
أما الحسن العسكري الامام فله إبنان وبنتان أما الابنان فأحدهما صاحب الزمان عجل الله فرجه الشريف
İmam Həsən əl-Əsgəri əleyhissalamın övladları: Həsən əl-Əsgəri imamdır, onun 2 oğlu və 2 qızı var idi.Oğullarından biri “Sahib əz-Zaman”dır, Allah şərəfli zühurunu təcil etsin.

Fəxri ər-Razi, “Şəcərəh Mübarəkəh…”, səhifə 78-79

3. Sibt b. Cövzi: Böyük əhli-sünnə alimidir, “Təzkirətul Xəvvas” adlı kitabı məşhurdur.

Şəkildə gördüyünüz Sibt b. Cövzinin “Təzkirətul Xəvvas” adlı kitabıdır, işarələnmiş yerdə bu ifadələr var:

محمد بن الحسن بن علي بن محمد بن علي بن موسى بن جعفر بن محمد بن علي بن الحسين بن علي بن أبي طالب وكنيته أبو عبد الله وأبو القاسم وهو الخلف الحجة صاحب الزمان القائم والمنتظر والتالي وهو آخر الأئمة ، وقال : ويقال له ذو الإسمين محمد وأبو القاسم قالوا : أمه أم ولد يقال لها صقيل
Əbu Məhəmməd b. Həsən (əl-Əsgəri) b. Əli (ən-Nəqi) b. Məhəmməd (ət-Təqi) b. Əli (ər-Rza) b. Musa (əl-Kazım) b. Cəfər (əs-Sadiq) b. Məhəmməd (əl-Baqir) b. Əli (əs-Səccad) b. Hüseyn (əş-Şəhid) b. Əli (əl-Mürtəza) b. Əbu Talib (ə)-dır və künyələri Əbu Abdullah və Əbul Qasim və O əl-Xələff əl-Höccət və Sahib əz-Zaman, Qaim əl-Müntəzər və sonuncu imamdır.

Sibt b. Cövzi, “Təzkirətul Xəvvas”, səhifə 383

4. Əz-Zəhəbi: Əhli-sünnə və nasibilərin gözündə böyük hədis, rical və tarix alimidir. Bioqrafiya ilə bağlı bir çox kitab yazıb, hədis və rical sahəsində tərəddüdsüz höccətdir. Əz-Zəhəbi iki kitabında İmam Mehdi (ə) haqqında məlumat verir və onun dünyaya gəldiyini təsdiq edir.

Şəkildə gördüyünüz əz-Zəhəbinin “Siyəru Aləm ən-Nübəla” adlı rical kitabıdır, işarələnmiş yerdə əz-Zəhəbi deyir:

المنتظرالشريف أبو القاسم محمد بن الحسن العسكري ابن علي الهادي ابن محمد الجواد ابن علي الرضى ابن موسى الكاظم ابن جعفر الصادق ابن [ ص: 120 ] محمد الباقر ابن زين العابدين بن علي بن الحسين الشهيد ابن الإمام علي بن أبي طالب ، العلوي الحسيني .خاتمة الاثني عشر سيدا
Əl-Müntəzər əş-Şərif Əbul-Qasim Məhəmməd b. Həsən (əl-Əsgəri) b. Əli (ən-Nəqi) b. Məhəmməd (ət-Təqi) b. Əli (ər-Rza) b. Musa (əl-Kazım) b. Cəfər (əs-Sadiq) b. Məhəmməd (əl-Baqir) b. Əli (əs-Səccad) b. Hüseyn əş-Şəhid b. İmam Əli b. Əbu Talib əl-Ələvi əl-Haşimi, 12 Seyyidin sonuncusu.

Əz-Zəhəbi, “Siyər”, 13/119-120

Yenə əz-Zəhəbi bir başqa kitabı “Tarix əl-İslam”da da İmam Mehdinin (ə) dünyaya gəldiyini deyir.

Şəkildə gördüyünüz əz-Zəhəbinin “Tarix əl-İslam” adlı kitabıdır, işarələnmiş yerdə bu ifadələr var:

الحسن بن علي بن محمد بن علي الرضا بن موسى بن جعفر الصادق. أبو محمد الهاشمي الحسيني أحد أئمة الشيعة الذين تدعي الشيعة عصمتهم. ويقال له الحسن العسكري لكونه سكن سامراء، فإنها يقال لها العسكر. وهو والد منتظر الرافضة. توفي إلى رضوان الله بسامراء في ثامن ربيع الأول سنة ستين، وله تسع وعشرون سنة. ودفن إلى جانب والده. وأمه أمة.) وأما ابنه محمد بن الحسن الذي يدعوه الرافضة القائم الخلف الحجة، فولد سنة ثمان وخمسين، وقيل: سنة ست وخمسين. عاش بعد أبيه سنتين ثم عدم، ولم يعلم كيف مات. وأمه أم ولد. وهم يدعون بقاءه في السرداب من أربعمائة وخمسين سنة، وأنه صاحب الزمان، وأنه حي يعلم علم الأولين والآخرين، ويعترفون أن أحد لم يره أبداً، فنسأل الله أن يثبت علينا عقولنا وإيماننا
Həsən b. Əli b. Məhəmməd b. Əli ər-Rza b. Musa b. Cəfər əs-Sadiq, Əbu Məhəmməd əl-Haşimi əl-Hüseyni, Şiənin imamlarından biridir, (Şiələr) ona Əsgəri deyirlər. O Rafizilər “Müntəzər” imamlarının atasıdır. O (r.a) Samirrada vəfat etdi, atasının yanında dəfn edilib. Onun (imam Həsən Əsgərinin) oğlu Məhəmməd b. Həsənə gəldikdə isə, Rafizilər onu “Qaim”, “əl-Xələf əl-Höccət” deyə adlandırırlar. O hicrətin 258-ci ilində dünyaya gəlmişdir, bəziləri 255 demişdir.

Əz-Zəhəbi, “Tarix əl-İslam”, 19/113

5. İbni Həcər əl-Əsqəlani: Böyük əhli-sünnə alimidir, hədis və rical sahəsində bir çox kitab yazmışdır, “Fəthul-Bari” adlı “Səhih Buxari” şərhi məşhurdur. İbni Həcər imam Həsən əl-Əsgərinin (ə) qardaşı Cəfər əl-Kəzzab haqqında məlumat verərkən deyir:

Şəkildə gördüyünüz ibni Həcərin “Lisan əl-Mizan” adlı rical kitabıdır, işarələnmiş yerdə belə yazılıb:

جعفر بن علي بن محمد بن علي بن موسى بن جعفر بن محمد بن علي بن الحسين بن علي بن أبي طالب الحسيني أخو الحسن الذي يقال له العسكريوهو الحادي عشر من الأئمة الإمامية ووالد محمد صاحب السرداب
Cəfər b. Əli (ən-Nəqi) b. Məhəmməd  (ət-Təqi) b. Əli (ər-Rza) b. Musa (Kazım) b. Cəfər (əs-Sadiq) b. Məhəmməd (Baqir) b. Əli (əs-Səccad) b. Hüseyn (əş-Şəhid) b. Əli (əl-Mürtəza) əl-Haşimi. Həsən əl-Əsgərinin qardaşıdır. Həsən əl-Əsgəri imamiyyə (məzhəbinin) imamlarından biri və “Sərdabə Sahibi” Məhəmmədin atasıdır.

İbni Həcər, “Lisan əl-Mizan”, 2/119, 493-cü ravi

Bax bu yazdıqlarımız nasibilərin öz rical və tarix alimlərinin sözləridir. Bunun kimi daha bir neçə alimlərin kitabları var. Lakin biz daha çox məşhurlarına yer verdik.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma