İmam Mehdinin (ə.f) viladətini etiraf edən əhli-sünnə alimlərindən bəziləri


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Bildiyiniz kimi Şiələr və sünnilər arasında Nəbi (s.a.a.)-in nəslindən 12 imamın olduğu ittifa ilə qəbul edilir və mütəvatir olaraq bilinir. Şiə və sünni arasında bu mövzudaki fərq onların imaməti və bu imamların sonuncusu olan İmam Mehdinin (ə) qeybəti mövzusudur. Belə ki, sünnilər də Şiələr kimi 12-ci imamın dünyaya gəldiyinə inanır, lakin Şiələrdən fərqli olaraq Onun (ə) qeybə çəkildiyini qəbul etmir və Onun (ə) öldüyünü deyirlər. Lakin nasibilər isə bu mövzuda həm Şiələrlə, həm də sünnilərlə müxalifət edərək əslində 12-ci imamın (ə) dünyaya gəlmədiyini və bu mövzunun Şiələr tərəfindən uydurulduğunu iddia edirlər. Əlbəttə ki, onların iddiasının dəyəri yoxdur. Amma biz bu və buna bənzər yalanları nasibilərin öz rical və tarix alimlərinin bəyanları ilə 12-ci imamın dünyaya gəldiiyini sübut edəcəyik. Bu mövzuda kitablarından istifadə edə biləcəyimiz onlarla sünni və nasibi tarix və rical alimi var. Lakin biz bunlardan ən məşhurlarını seçib yazacağıq. Oxumağa davam et