Yadplanetli ravi?


BİSMİLLAHİR RƏHMANİR RƏHİM

HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ

VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Dəfələrlə yalan, cəhalət və həyasızlıq abidəsi (tam bir Müaviyə) olduğunu isbat etdiyimiz Azərbaycanlı Vahhabi Əbu Əli Əfəndi ən-nasibi özünün yalançılığını və hayasızlığını göstərmək üçün blogunda deyir:

Yadplanetli şiə ravisi İMƏRAH İBN ZƏİD (عمارة ابن زيد)…! Oxumağa davam et

“Ey əmi, mənim vəsim ol” hədisi haqqındakı şübhələrə cavab


BİSMİLLAHİR RƏHMANİR RƏHİM

HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ

VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Nasibilərin Şiələr əleyhinə işləri hər kəsə məlumdur. Şiə əleyhinə işlərini istər virtual aləmdə, istərsə də reallıqda sürətli şəkildə həyata keçirirlər. İşlərindəki ortaq nöqtə isə hamısının yalan və iftiraya əsaslanmaları, istifadə etdikləri mətnləri təhrif etmələri, dəyişdirmələri, yarı-yarımçıq tərcümə etmələri və ya zəif hədisləri dəlil gətirmələridir. Belə nasibilərdən biri də Əhməd əl-Katib adlı şəxsdir. Əvvəllər Şiə olduğunu iddia edən bu azğın şəxs “Şiədə Siyasi Fikirlərin İnkişafı” adlı bir kitab yazmış, və kitabında bir çox şübhə ortaya atmışdır. Onun ortaya atdığı şübhələrdən biri də Şiədə mövcud olan “Vəsilik” inancı haqqındadır. Oxumağa davam et

Qurtubi: “Cümhura görə Nisa 24 ayəsi Mutə ayəsidir.”


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Məlum olduğu kimi Şiə ilə Əhli sünnənin ixtilaflarından biri də mutə nigahı haqqındadır. Şiə ilə Əhli sünnə bu nigahın Rəsulullah (s.a.a) zamanında olduğu mövzusunda ittifaq etmişdir. İxtilaf nöqtəsi isə bu nigahın qadağan olunub olunmamasındadır. Belə ki, əhli sünnə bu nigahı Rəsulullahın (s.a.a) nəhy etdiyini söyləyir, Şiə isə bu nigahı Rəsulullahın (s.a.a) deyil 2-ci ərəb kralı Ömər b. Xəttabın qadağan etdiyini, onun qadağasının isə bir mənası olmadığı, halalı haram edə bilməyəcəyi üçün bu nigahın halal və caiz olduğunu söyləyir. Şiə mutə nigahı haqqında həm Qurandan və həm də hədislərdən dəlillər təqdim edir. Qurandan təqdim etdiyimiz dəlil “mutə ayəsi” dediyimiz Nisa surəsinin 24-cü ayəsidir. Biz bu ayə ilə mutə nikahının qəsd edildiyini söyləyirik, əhli sünnədən bəziləri isə buna etiraz edirlər. Biz bu yazımızda bu etirazları ələ almayacağıq və ya bunlara cavab verməyəcəyik. Bu yazımızda yalnız əhli sünnənin öz təfsirçilərindən birinin bu ayənin təfsirində söylədiklərini köçürəcəyik. Oxumağa davam et

İmam Kazım ə.s.: “Hz. Fatimə (s.a.) şəhiddir.”


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Hz. Fatimənin (s.a.) evinə, yəni vəhy evinə, edilən hücum və bu hücum nəticəsində Xanım Fatimənin (s.a.) şəhid edilməsi haqqında işlərimizə davam edirik. Bugünkü işimizdə inşallah Şiə mənbələrindən Hz. Fatimənin (s.a.) şəhadəti haqqında bir o hədisin və o hədisin araşdırmasını sizlərə təqdim edəcəyik.

a1 a2

Şəkildə gördüyünüz Şiə və nasibilərin ittifaq ilə etibarlılığını təsdiq etdiyi, Şeyx Kuleyni (r.a.)ın “əl-Kafi”kitabıdır. İşarələdiyimiz yerdə bu ifadələr var:

Oxumağa davam et

İmam Mehdinin (ə.f) viladətini etiraf edən əhli-sünnə alimlərindən bəziləri


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Bildiyiniz kimi Şiələr və sünnilər arasında Nəbi (s.a.a.)-in nəslindən 12 imamın olduğu ittifa ilə qəbul edilir və mütəvatir olaraq bilinir. Şiə və sünni arasında bu mövzudaki fərq onların imaməti və bu imamların sonuncusu olan İmam Mehdinin (ə) qeybəti mövzusudur. Belə ki, sünnilər də Şiələr kimi 12-ci imamın dünyaya gəldiyinə inanır, lakin Şiələrdən fərqli olaraq Onun (ə) qeybə çəkildiyini qəbul etmir və Onun (ə) öldüyünü deyirlər. Lakin nasibilər isə bu mövzuda həm Şiələrlə, həm də sünnilərlə müxalifət edərək əslində 12-ci imamın (ə) dünyaya gəlmədiyini və bu mövzunun Şiələr tərəfindən uydurulduğunu iddia edirlər. Əlbəttə ki, onların iddiasının dəyəri yoxdur. Amma biz bu və buna bənzər yalanları nasibilərin öz rical və tarix alimlərinin bəyanları ilə 12-ci imamın dünyaya gəldiiyini sübut edəcəyik. Bu mövzuda kitablarından istifadə edə biləcəyimiz onlarla sünni və nasibi tarix və rical alimi var. Lakin biz bunlardan ən məşhurlarını seçib yazacağıq. Oxumağa davam et

İmam Həsən (ə): “Əli elə bir şəxsdir ki, əvvəlkilər içində onu keçən olmadı, sonrakilər içində ona çata bilən biri olmayacaq.”


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Bü günki yazımızda inşallah həm Şiə , həm də sünni mənbələrindən səhih sənədlərlə rəvayət edilən İmam Həsənin (ə) İmam Əli (ə) barədə “əvvəlkilər içində onu keçən olmadı, sonrakilər içində ona çatan olmayacaq” sözünü  qeyd edəcəyik. Oxumağa davam et

Azanda “Həyya əla xəyril əməl” kəlməsi


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Bildiyimiz kimi Şiə və Əhli-Sünnə arasındaki ixtilaflı fiqhi məsələlərdən biri də azanda “həyya ələl fəlah” sözündən sonra “həyya əla xəyril əməl” deyilib-deyilməməsi, bu sözün azanın bir hissəsi olub-olmadığıdır. Şiələr “həyya əla xəyril əməl” ifadəsinin Rəsulullah (s.a.a.) zamanında azanın bir hissəsi olaraq oxunduğunu və bunun Ömər b. Xəttabın krallığı zamanında azandan çıxarıldığını, sünnilər isə bunun azanın bir hissəsi olmadığını söyləyirlər. Biz inşallah bu çalışmamızda Şiə və Sünni mənbələrindən Əhli-Beyt (ə) imamlarından və səhabələrdən səhih hədislərlə “həyya əla xəyril əməl” ifadəsinin azanın bir hissəsi olduğunu sübut edəcəyik. Oxumağa davam et