“Kitab və Sünnə” hədisinin araşdırılması.


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Nasibilərin hədis uydurmaları məşhur və tanınmış bir şeydir. Onlar ya “səhabə” adı verdikləri şəxslər üçün fəzilət hədisi düzəldirlər. Yaxud da Əhli-Beyt (ə) haqqındakı hədislərin eynisini öz səhabələrinə nisbət verirlər. Onların biri də Nəbinin (s.a.a) “sizə iki əmanət qoyuram ki, onlara sarıldığınız müddətdə azmazsınız: Allahın Kitabı və İtrətim – Əhli-Beytim” hədisi barədədir. Bu uydurma  “sizə iki əmanət qoyuram ki, onlara sarıldığınız müddətdə azmazsınız: Allahın Kitabı və Sünnətim” şəklindədir. Şübhəsiz ki, nasibilərin  mənbələri bizim üçün heç bir dəyərə sahib deyil və buna görə bu uydurmalar da bizim gözümüzdə dəyərsizdir. Ancaq biz hətta nasibilərin öz mənbələrindən belə “Kitab və Sünnə” adlı uydurmanın əsilsiz olduğunu sübut etmək qərarına gəldik və buna görə də kiçik bir araşdırma apardıq. Bu işimizdə nasibi mənbələrindəki bu hədisləri araşdıracağıq. Bu mövzuda nasibi mənbələrində 3 təriq (sənəd) ilə çatmış hədis var:

1.Malikin mürsəl hədisi: Malik bu mövzuda “Müvətta” adlı kitabında sənədsiz bir rəvayət qeyd edib:

 وحدثني عن مالك أنّه بلغه أنّ رسول الله صلى الله عليه [وآله] وسلم قال: تركت فيكم أمرين لن تضلوا ما تمسّكتم بهما، كتاب الله وسنة نبّيه
Malikə belə rəvayət edildi: Rəsulullah (s.a.a): “Sizə iki şey əmanət qoyuram. Bunlara sarıldığınız müddətdə əsla doğru yoldan azmayacaqsınız. Bunlar Allahın Kitabı və Peyğəmbərin  sünnətidir.” buyurmuşdur.

Malik, “Müvətta”, Ömür kitabı, hədis 3

Malikin rəvayət etdiyi bu hədis mürsəldir, sənədsizdir. Lakin hədis elmində hədislərin səhih və ya zəif olduğunu ayırd etmək üçün hədisin sənədi lazımlıdır. (bax: hadislerde senedin önemi)

Xülasə, Malikin kitabına hədis adı ilə yazdığı bu sözlərin mənası yoxdur. Ona görə Malikin alimlərindən olan Əbdulbərr vəziyyətdən çıxmaq üçün Malikin “Muvətta” kitabına yazdığı “ət-Təmhid” adlı şərhində hədis üçün 2 sənəd zikr etmişdir. Biz Əbdulbərrin qeyd etdiyi sənədlərdən birini indi, digərini isə Əbu Hüreyrəyə isnad edilən hədis” adlı bəhsimizdə araşdıracağıq. İbni Əbdulbərrin qeyd etdiyi sənədlərdən biri belədir:

وحدثنا عبد الرحمن بن يحيى قال : حدثنا أحمد بن سعيد قال : حدثنا محمد بن إبراهيم الديبلي قال : حدثنا علي بن زيد الفرائضي قال : حدثنا الحنيني ، عن كثير بن عبد الله بن عمرو بن عوف ، عن أبيه ، عن جده ، قال : قال رسول الله – صلى الله عليه وسلم : تركت فيكم أمرين لن تضلوا ما تمسكتم بهما كتاب الله ، وسنة نبيه
…Kəsir b. Abdullah b. Ömər b. Ovf atasından, o da babasından belə rəvayət edib: Rəsulullah (s.a.a) belə buyurdu: “Sizə sarıldığınız müddətdə azmayacağınız iki şey əmanət qoyuram, Allahın kitabı və Nəbinin sünnəti.”

İbni Əbdulbirr, “ət-Təmhid”, 14/331

Hədisin sənədində qırmızı ilə işarələnən ravi Kəsir b. Abdullah zəifdir.

كثير بن عبدالله
بن عمرو بن عوف بن زيد المزني المدنى
Kəsir b. Abdullah b. Ömər b. Ofv b. Zeyd əl-Muzini əl-Mədəni

قال ابن معين: ليس بشئ
وقال الشافعي وأبو داود: ركن من أركان الكذب
وقال الدارقطني وغيره: متروك
وقال أبو حاتم: ليس بالمتين
وقال النسائي: ليس بثقة
(Yəhya) b. Main dedi: Bir şey deyil.
Şafei və Əbu Davud dedi: Yalanın sütunudur.
Daraqtuni və başqaları dedilər: Mətrukdur.
Əbu Hatim dedi: Mötəbər deyil.
Nəsai dedi: Siqə (etibarlı) deyil.

Əz-Zəhəbi, “Mizan əl-Etidal”, 3/407, 6943-cü ravi

Bu hədisi rəvayət edən Kəsir b. Abdullahın vəziyyəti idi. Amma Kəsir b. Abdullahın başqa bir xüsusiyyəti də var. O nə vaxt “atamdan, o da babamdan rəvayət etdi” desə, deməli uydurma hədisdir. Bunu əhli-sünnənin öz rical alimləri bəyan edir:

وقال ابن حبان: له عن أبيه، عن جده – نسخة موضوعة
İbni Hibban dedi: O nə vaxt atasından, o da babasından desə, deməli məvzuat (uydurma) rəvayət edib.

Əz-Zəhəbi, “Mizan əl-Etidal”, 3/407, 6943-cü ravi

Yuxarıda da qeyd etdiyimiz kimi Kəsir b. Abdullah bu hədisi atasından, o da babasından rəvayət etmişdir, yəni uydurmadır.

2.İbni Abbasa (r.a) istinad edilən hədis: Bu hədisi Hakim ən-Nişapuri rəvayət etmiş, lakin hədisin səhhəti haqqında heç bir şey deyilməmişdir:

أخبرنا أبو عبدالله الحافظ، أخبرني إسماعيل بن محمد بن الفضل الشعراني، ثنا جدّي، ثنا ابن أبي أويس، ثنا أبي، عن ثور بن زيد الديلي، عن عكرمة، عن ابن عبّاس رضي الله عنهما: أن رسول الله صلى الله عليه وسلّم خطب الناس في حجة الوداع فقال: يا أيها الناس؛ إني قد تركت فيكم ما إن اعتصمتم به فلن تضلّوا أبدا، كتاب الله وسنة نبيّه
…İbni Abbas (r.a) dedi: Rəsulullah (s.a.a) Vida həccində insanlara xütbə oxudu və belə dedi: “Ey insanlar! Sizə sarıldığınız müddətdə azmayacağınız iki əmanət qoyuram: Allahın Kitabı və Nəbinin sünnəti.”

Hakim ən-Nişapuri, “Müstədrək”, 1/171, hədis 319

Bu hədisin sənədində iki problem var:

2-1. İbni Əbu Üveys: Qırmızı ilə işarələdiyimiz ilk ravidir. Onun adını Uqeyli zəiflər arasında zikr etmiş və belə demişdir:

إسماعيل بن عبد الله بن أبي أويس المديني
İsmail b. Abdullah b. Əbu Üveys əl-Mədəni

معاوية بن صالح قال سمعت يحيى بن معين يقول أبو أويس وابنه ضعيفان
وحدثني أسامة الرقاق بصري يقول سمعت يحيى بن معين يقول إسماعيل بن أبي أويس يسوى فلسا
Müaviyə b. Saleh dedi: Yahya b. Mainin belə dediyini eşitdim: Əbu Üveys və oğlu zəifdirlər. Rəqiq əl-Bəsri dedi: Yəhya b. Mainin belə dediyini eşitdim: İsmail b. Əbu Üveys həlak olmuşdur.

Uqeyli, “əd-Duəfa”, 1/87

Bir başqa əhli-sünnə rical alimi ibni Həcər onun biografiyasında bu məlumatları verir:

اسماعيل بن عبدالله بن عبدالله بن أويس بن مالك بن أبي عامر الاصبحي
İsmail b. Abdullah b. Abdullah b. Üveys b. Malik b. Əbu Əmrə əl-Əshabi

وقال معاوية بن صالح عنه هو وأبوه ضعيفان
النسائي ضعيف وقال في موضع آخر غير ثقة
Müaviyə b. Saleh Yəhya b. Maindən belə rəvayət etdi: O və atası zəifdir.
Nəsai dedi: Zəifdir, siqə (etibarlı) deyil.

İbni Həcər, “Təhzib ət-Təhzib”, 1/271-272, 568-ci ravi

İbni Ədi isə onun haqqında belə bəyan edir:

إسماعيل بن أبي أويس
İsmail b. Əbu Üveys

النضر بن سلمة المروزي يقول بن أبي أويس كذاب
Nədr b. Sələmə əl-Mərvəzi dedi: İbni Əbu Üveys yalançıdır.

İbni Ədi, “əl-Kamili fid Duəfa”, 1/323

2-2. Əbu Üveys: Bir az əvvəl haqqında məlumat verdiyimiz ravinin atasıdır. Oğlu kimi özü də zəifdir. Yuxarıda oğlu haqqında məlumat verərkən Yəhya b. Mainin onun haqqında da “zəifdir” dediyini qeyd etmişdik. Başqa bir rical alimi ibni Ədi onu zəiflər içində zikr etmiş və belə demişdir:

عبد الله بن عبد الله بن أبي عامر القرشي التيمي أبو أويس الأصبحي المديني
Abdullah b. Abdullah b. Əbu Əmrə əl-Qurəşi ət-Təmimi Əbu Üveys əl-Əshabi əl-Mədəni

وسمعت يحيى بن معين يقول بن أبي أويس وأبوه يسرقان الحديث
Yəhya b. Mainin belə dediyini eşitdim: İbni Əbu Üveys və atası hədis oğurlayarlar.

İbni Ədi, “əl-Kamili fid Duəfa”, 4/182

3. Əbu Hüreyrəyə istinad edilən hədis: Bu hədis ibni Əbdulbərrin Malikin “Muvətta” kitabına yazdığı şərhdə rəvayət etdiyi ikinci hədisdir:

أخبرنا أبو الحسين بن بشران العدل ببغداد، أنبا أبو أحمد حمزة بن محمد بن العباس، ثنا عبد الكريم بن الهيثم، أنبا العباس بن الهيثم، ثنا صالح ابنموسى الطلحي، عن عبد العزيز بن رفيع، عن أبي صالح، عن أبي هريرة ـ رضي الله عنه ـ قال: قال رسول الله صلى الله عليه وسلّم: إني قد خلّفت فيكم ما لن تضلّوا بعدهما ما أخذتم بهما أو عملتم بهما: كتاب الله وسنتي، ولن يفترقا حتى يردا على الحوض
“Əbu Hüreyrə dedi: Rəsulullah (s.a.a) belə buyurdu: “Sizə iki şey əmanət verirəm. Bunlara sarıldığınız müddətdə əsla doğru yoldan azmazsınız. Bunlar Allahın Kitabı və Peyğəmbərin sünnətidir və onlar Hovuzun başında mənə qovuşmayana qədər bir-birindən ayrılmayacaqlar.”

Beyhəqi “Sünən”, 10/114

İbni Əbdulbirr, “ət-Təmhid”, 14/331

Hakim ən-Nişapuri, “Müstədrək”, 1/171, hədis 319

Sənədi saxtadır, qırmızı ilə işarələdiyimiz ravi Saleh b. Musa ət-Təlhi zəifdir. Əz-Zəhəbi onun haqqında deyir:

صالح بن موسى
بن عبدالله) بن إسحاق بن طلحة)
ابن عبيد الله القرشى الطلحى. كوفى ضعيف
Saleh b. Musa b. Abdullah b. İshaq b. Təlhə b. Ubeydullah əl-Qurəşi, əl-Kufi. Zəifir.

قال يحيى: ليس بشئ، ولا يكتب حديثه
وقال البخاري: منكر الحديث
قال النسائي: متروك
Yəhya (b. Main) dedi: Bir şey deyil.

Buxari dedi: Münkərul-hədisdir.

Nəsai dedi: Mətrukdur.

Əz-Zəhəbi, “Mizan əl-Etidal”, 2/302, 3831-ci ravi

Bax budur, “Kitab və Sünnə” deyə nasibilərin dillərində əzbər olan, məscidlərdə xütbələrində oxuduqları uydurma hədisin vəziyyəti… Sənədi ya yalançı, ya da zəif şəxslərdən təşkil olunmuşdur.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma